Azərbaycanda tenderlərin necə keçirildiyi hər kəsə məlumdur. Tenderlər məmurlar üçün dövlət büdçəsini talamağın əsas yolu olaraq qalır. Qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət proqramlarının icrası ilə bağlı tenderlərdə də nə yazıq ki, böyük korrupsiyaya yol verilir. Bu haqda meydan tv-nin hazırladığı yazını qısa ixtisarla təqdim edirik.

Yazıda əvvəlcə Ağdamın Bənövşələr, Dördyo qəsəbələrində məcburi köçkünlərin bir çoxunun uçmaq təhlükəsi olan evlərdə yaşadığı qeyd olunur. Konkret şəxslərin şikayətlərinə yer verilir: "Sakinlər deyir ki, divarlarda elə çatlar əmələ gəlir ki, evin içindən çöl görünür. Qəsəbələrdə evlərin təmir səviyyəsi aşağı keyfiyyətdə olmaqla yanaşı, mənzillərə heç bir mərkəzləşdirilmiş istilik sistemi də çəkilməyib.

Ağdam rayonu cəbhə bölgəsi sayılır və ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Rayonun Azərbaycan hissəsində məcburi köçkünlər üçün bir neçə qəsəbə salınıb. Burada yerləşdirilən məcburi köçkünlər 2005-ci ilə qədər Bərdə və Yevlaxda çadır şəhərciklərində yaşayıblar".

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,2 milyard manat ayrılıb

Sonra tenderin necə keçirildiyindən, tenderlərin kimlərə verildiyindən bəhs olunur: "Tender hesabatlarında şəhərciklərin tikintisində iştirak edən şirkətlərdən biri “Şəms-95”-dir. Rəsmi məlumatlarda Ağdam rayonunda sifarişçi təşkilat olaraq Məcburi Sosial İnkişaf Fondunun 2017-ci il tenderlərində “Şəms-95”-lə yanaşı, “Azəraqrartikinti” ATSC, “Alibəyli” MMC, “Xumar-98” şirkətlərinin də adları 

“Şəms-95” şirkəti 1995-ci il fevralın 17-də qeydiyyata alınıb. Şirkətin təsisçisi və baş direktoru Qasım Qasımov Məmməd oğludur. O, Ağdam icra başçısının keçmiş müavini, Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Lütfi Qasımovun qardaşıdır. Bu şirkətə məcburi köçkünlər üçün yaşayış massivi ilə yanaşı, Heydər Əliyev Fondunun 

Məcburi köçkünlərin sayı çox göstərilərək, büdcə vəsaitləri mənimsənilib 

Hazırda məcburi köçkünlərin dəqiq sayı ilə bağlı dolğun rəqəm verilmir. “Qaçqınkom”un sədri Əli Həsənovun son açıqlamasında məcburi köçkünlərin sayının 636 min olduğu göstərilir. Hesablama Palatasının 2016-ci il hesabatlarında isə qeyd edilir ki, müavinət alanların sayı 540 mindir.

Buradan belə çıxır ki, ya hər kəs müavinətlə əhatə olunmur, ya da “Qaçqınkom” göstərdiyi rəqəmlər doğru deyil. Belə bir halı Hesablama Palatası müxtəlif illərdə apardığı yoxlamalarda aşkar etmişdi.

“Bir sıra istehlakçıların dəqiq siyahıları və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləği düzgün hesablanmayıb. Kommunal xidmətlərin ödənişi zamanı bəzi rayonlar üzrə məcburi köçkünlərin dislokasiya sayı artıq göstərilib. Bəzilərinin adı, hətta, bir neçə ərazi üzrə qeydiyyatda göstərilib”, deyə Hesablama Palatasının 2012-ci il hesabatında qeyd edilir.

“Yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin sayının dəqiq aparılmaması nəticəsində dövlət büdcəsindən kommunal təşkilatlara 22 hal üzrə artıq vəsait ödənilib”, – 2012-ci ilin hesabatında göstərilir.

Tikintiyə 2,3 milyard ayrılıb, ancaq ...

Xərcin 2,3 milyardı sırf tikinti işlərinə sərf olunub. Təəssüf ki, tender məlumatlarında ifact.ge bu sektora aid dövlət sifarişlərinin ictimaiyyətə açıq olan yalnız 122 milyon manatlıq məbləği tapa 

Hesablama Palatası 2015-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məcburi köçkünlər üçün tikdiyi qəsəbələrlə bağlı nöqsanlar aşkar etmişdi. Xüsusilə, tender qaydalarının əməl edilməməsi və obyektlərin təmiri zamanı podratçı şirkətlərə artıq vəsaitin ödənilməsi halları müəyyən edilmişdi. Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası 

Açıq tender məlumatlarına əsasən, “Group İnvestment” AS Tikinti MMC 1170 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan böyük tikinti layihəsində iştirak edib. Tərtər rayonunda 4.7 milyon manatlıq 36 mənzilli iki yaşayış binasının tikintisi sözügedən şirkətə həvalə edilib.

2009-ci ildən başlayaraq şirkət, mütəmadi olaraq Məcbur Köçkünlərin Sosial İnkişaf Fondundan layihələr alır. Şirkətin saytında Mingəçevir, Goranboy, Yexlax, Bakının Qaradağ rayonu, Qəbələnin Zarağan bələdiyyəsi ərazisində, Şəki rayonunda, İmişli, Gəncə, Bakının Müşfiqabad qəsəbəsində, Abşeronun Masazır qəsəbəsində məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisində iştirak edib. Təqribən salınan 97 qəsəbənin 10-nu bu şirkətə həvalə olunub.

Əli Həsənovun neçə vəzifəsi var?

“Qaçqınkom” göndərilən sorğumuza verdiyi cavabda tikilən qəsəbələrin sayının 97-yə çatdığını qeyd edib. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.1998-ci ildən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Əli Həsənov rəhbərlik edir. Ə.Həsənov eyni zamanda Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri vəzifələrini də icra edir.

Ə.Həsənov həmçinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədridir. Məcburi köçkünlərə ayrılan sosial xərclərlə, humanitar yardımlarla paralel, Fondun iri tikinti layihələrinə nəzarət də Həsənovun rəhbərliyi altındadır.

Əli Həsənovun icra başçısı qardaşı və 16 tenderin qalibi 

Ə.Həsənovun qardaşı Ramiz Həsənov Zəngilan Rayon İcra Hakimiyyətinin başçısıdır. “Qaçqınkom”-a ayrılan vəsaitlərdən əlavə, dövlət büdcəsindən işğalda olan 10 rayonun icra hakimiyyətlərinin saxlanılması üçün də vəsait ayrılır.

Bu rayonların icra aparatlarına ayrılan vəsaitlər, onların xərcləri dövlət büdcəsində yerli xərclər siyahısına daxil edilir. Zəngilan da həmin rayonlardan biri olmaqla, yerli əhalinin sayı 42, 700 nəfərə çatır (1993-cü ildə 39 min insan rayonu tərk etməli 

X.Əliyevin üç övladı var. Həyat yoldaşı məcbur köçkün olmadığı üçün övladlarına məcburi köçkünlər üçün nəzərdə tutulan müavinət verilmir. Ailə ünvanlı sosial yardım da düzəldə bilmir. Yalnız ailə başçısı 20 manat müavinət alır: "Uşaqların hamısı xəstəlik tapıb, tez-tez zəhərlənirlər. Zavod işləyən saatlarda uşaqları götürüb burdan bir neçə saatlığa uzaqlaşırıq. Dəfələrlə “Qaçqınkom”-a şikayət etmişik, baxan yoxdur”.

Məcburi köçkünlərə hər il köçürüləcəklərinə dair söz verilsə də, hələ ki, bu reallaşmayıb.

Eyni zavodda yaşayan Füzuli rayonundan olan digər bir məcburi köçkün, 29 yaşlı Xətai Əliyev isə burada ağır xəstəliklə mübarizə aparır. X.Əliyevin ayaqları şişib, yeriməkdə çətinlik çəkir: “Səhiyyənin pulsuz olduğu deyilsə də, bunu heç kim qəbul etmir. Xəstəxanada yatmaq üçün isə pulum yoxdur. Bu şəraitdə adam yaşayar?

İllüzor layihələr

iFact.ge adı sıyahıda olan, lakin xərci göstərilməyən iki şəhərcik aşkarlayıb. Bunlar, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yan-yana salınan “Binəqədi Gənclər” və “Qarant” şəhərcikləridir. Bu iki şəhərciyə 2012-ci ildən əhali hissə-hissə binalar hazır olduqca köçürülməyə başlanılıb və proses indiyədək də davam etməkdədir. Belə böyük bir şəhərcik salınandan və əhali köçürüləndən sonra məlum olub ki, ərazidə nə məktəb var, nə səhiyyə ocağı, nə də iaşə obyekti.

“Qarant” şəhərciyində yerləşən məktəb direktorlarından biri təqribən belə vəziyyətdə 8 məktəbin olduğunu və 1400-ə yaxın şagirdin orada təhsil aldığını söylədi.

Ərazidə binaların zirzəmiləri və birinci mərtəbələrindəki mənzilləri sonrada məktəb üçün ayırıblar.Ərazidə binaların zirzəmiləri və birinci mərtəbələrindəki mənzilləri sonrada məktəb üçün ayırıblar..

Deputatın qardaşı da şəhərçik tikir, ancaq...

Nəhayət, 7 ildən sonra ərazidə 1200 şagirdin təhsil ala biləcəyi məktəbin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Hər hansı bir tibbi məntəqənin, xəstəxananın, uşaq bağçasının tikiləcəyi hələ ki, planlaşdırılmır. Şəhərciyin sakini və məcburi köçkün Zakir Həsənov, Bakıdan Mehdiabada gəlmək üçün avtomobil yolunun belə salınmadığını söylədi: “Yağış yağanda yollarda qalırıq. Normal bir yol belə çəkilməyib. Yağışlı havalarda təcili tibbi yardım çağıranda bura gələ bilmir. Xəstəxanası, poliklikinası, uşaq bağçası yoxdur. 3 ildir bura köçmüşük, artıq binanın üzü sökülüb-tökülür”.

Şəhərciklərin inşası “Dərhal” MMC və “Gulf Group”-a həvalə edilmişdi. “Dərhal” MMC deputat Rəfail Cəbrayılovun qardaşı Elşən Cəbrayılova məxsudur.

Məcburi köçkünlərin bir çoxu bağça, məktəb, yarıtikili binalarda yaşamalarına baxmayaraq, iş yerləri ilə əlaqədar yolun uzaqlığını, mənzillərin keyfiyyətsizliyini, xüsusilə birinci mərtəbədə yerləşən mənzillərin zirzəmiyə düşməsini əsas gətirərək köçmək istəməyiblər.

Dövlət agentliyi “Azərtac” buraya 2181 məcburi köçkün ailəsi yerləşdirilməsindən və eyni zamanda 8 orta məktəbdən də söhbət açır. Lakin sözügedən ərazidə heç bir məktəb tikilməyib."