Menu

TQDK nəticələri açıqladı

15.07.2014, 17:34
TQDK nəticələri açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TQDK facebook səhifəsində məlumat yayıb. Nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də I və IV ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. İmtahanda iştirak etmiş abituriyentlər nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

TQDK yaxın vaxtda müsabiqə şərtləri barədə məlumat verəcəyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol