Menu

Nazirlər Kabineti bu gün istefaya gedəcək

18.04.2018, 12:17
Nazirlər Kabineti bu gün istefaya gedəcək

Azərbaycan Nazirlər Kabineti bu gün istefa verəcək.

APA-nın məlumatına görə, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,02 faiz səs toplayaraq qalib gəlmiş İlham Əliyevin bu gün andiçmə mərasimi keçirilib.

Şərhlər

X 2018-04-18 12:17:19

GUYA NE DEYISIKLIK OLACAQ KI OLENE QEDER ORDADILAR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol