Menu

Bəşər Əsəd and içdi

16.07.2014, 16:02
Bəşər Əsəd and içdi

Bəşər Əsəd Suriyanın yeni prezidenti kimi and içib.

Bu barədə azvision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Paytaxt Dəməşqdə keçirilən andiçmə mərasimində Suriya Xalq Şurasının (parlament) deputatları iştirak edib. Qurana əl basaraq and içən Əsəd “ölkə Konstitutsiyasına, qanunlarına, xalqın maraqlarına və onun seçimlərinə hörmət edəcəyini bildirib”.

“Ölkənin ərazi bütövlüyü və müsəqilliyini qoruyacağam. Sosial ədalət və ərəb millətinin birliyinə nail olacağam” – deyə, Əsəd bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol