İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisinin Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb–artırılmamasına təşkilatçılar qərar verməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib.
O deyib ki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: “Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir. Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq. Düşünürəm ki, Formula 1 bizim üçün çox şey edib. Amma bildiyimə görə bu layihə nəinki bizim üçün, elə Formula 1 üçün də maraqlıdır. Eyni zamanda azarkeşlərin də Azərbaycan Qran-Prisinə maraqları böyükdür. Bizə Azərbaycanda "Formula 1" yarışı keçirmək çox xoşdur”.

Pensiyaşlara 55 manat verilən bir ölkədə 100 milyonlarla xərc çəkilərək "Formula 1" yarışının keçirilməsi nə qədər absurd olsa da, nazir oğlunun "Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur” deməsi təsadüfü deyil. Azərbaycanda "Formula 1" yarışının keçirilməsinin dövlətə və millətə heç bir XEYRİ OLMASA da bəzilərinin MİLYONLAR qazanmasına səbəb olur.
"AzPolitika.info" nazir oğlunun niyə bu yarışların Azərbaycanda keçirilməsində maraqlı olduğunu göstərmək üşün “Azadlıq” Radiosunun bu istiqamətdə ötən il dərc etdiyi araşdırmanı ixtisarla dərc edir:
-Nazir olsanız, bir-birinin ardınca idman tədbiri keçirib, onların büdcə hesabına təşkilini oğlunuza həvalə etmək könlünüzdən keçərdimi? Bəs böyük-böyük idman arenalarının tikintisini necə, başqa bir şirkətə yox, oğlunuza verərdinizmi? Bizim araşdırmalarda əldə etdiyimiz sənədlər belə deməyə əsas verir ki, Azərbaycanda gənclər və idman naziri məhz belə edir. Bu sənədlərə görə hələ üstəlik, sifarişləri oğlunun İngiltərədəki şəriklərinin şirkətlərinə ötürür.
Könüllü olmaq istəyən çoxdur, nazir oğlu isə təkdir


Dövlət büdcəsinə on milyonlarla dollar vəsaitə başa gələn «Formula 1» Avropa Qran-prisinin Bakının mərkəzində təşkil olunması gənclər və idman nazirinin Londonda yaşayan oğlu Arif Rəhimova həvalə olunub.
Azərbaycan hökuməti bu yarışları 10 il ard-arda Bakı şəhərində keçirmək haqda öhdəlik götürüb. Yarışların təşkili üzrə eksklüziv hüquqlar isə bir başqasına deyil, 30 yaşlı Britaniya vətəndaşı Arif Rəhimova verilib. Heç bir tender keçirilmədən. Demək ki, vəziyyət dəyişməsə, yəni nazirlikdə hər şey öz axarı ilə davam edərsə, Arif Rəhimov 2026-cı ilədək «Formula 1» yarışlarında ona tapşırılan işi görəcək.
Yeni oyunlar üçün yeni şirkət
Arif Rəhimov 2013-cü ilin dekabrında «Baku F1» MMC (VÖEN 1502464311) adlı şirkət yaradıb.
Növbəti aylarda şirkət adını dəyişərək «Baku Grand Prix» MMC olub, hazırda isə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti adını daşıyır. Vergilər Nazirliyi məlumat verir ki, F1-in təşkilində iştirak etmək məqsədilə 2016-cı ilin fevralında Arif Rəhimovun başçılığı ilə daha bir şirkət – «BCC Commercial» MMC də yaradılıb. Ünvan kimi isə başqa bir yer deyil, Gənclər və İdman Nazirliyinin inzibati binası yerləşən Olimpiya küçəsi 4, seçilib.
Azərbaycan dövləti bu yarışların Bakıda keçirilməsi öhdəliyini pozarsa, çoxmilyonlu təzminat ödəməyə məhkumdur. Bunu nazir Azad Rəhimov deyib. Nazirlik BCCOC-nin üzərinə qoyulan öhdəliklər barədə isə sükutla keçir.
Hökumət, eləcə də Gənclər və İdman nazirliliyi «Formula 1» yarışlarının Bakıda təşkil olunmasının yekun büdcəsini verilən vədlərə baxmayaraq açıqlamadı. Nazir Azad Rəhimov 2016-cı ilin iyununda təşkil olunan mətbuat konfransında «dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın» xərc çəkildiyini elan etmişdi. Elə BCCOC da qazancı haqda hesabat vermir.
«İdman yarışlarının keçirilməsi də inhisar altındadır»

«Yarışları ölkə ərazisində təşkil etmək iş adamı Arif Rəhimova – gənclər və idman naziri Azad Rəhimovun oğluna tapşırılıb. Nazir oğlu «DDLAR Group»-a başçılıq edir. Tikinti sahəsində ixtisaslaşmış şirkətlər qrupu həm də idman tədbirləri üçün nəzərdə tutulmuş obyektlərin tikintisi və təmiri ilə məşğul olur. Şirkətlər qrupu ölkə ərazisində – Bərdə, Şirvan, Ağcabədi, İmişli, Sumqayıt, Tovuz, Cəlilabad, Göygöl, Abşeron, Xaçmaz, Daşkəsən, Mingəçevirdə olimpiya komplekslərinin layihələndirilməsi və tikintisini həyata keçirib. Maraqlıdır ki, bu, Azad Rəhimovun 2006-cı ildə nazir təyin olunmasından sonrakı dövrə təsadüf edir. Beləliklə, ölkədə başqa digər biznes sahələrində olduğu kimi, idman obyektlərinin tikintisi, idman yarışlarının keçirilməsi də inhisar altındadır», – Zöhrab İsmayıl söyləyir.
Arif Rəhimov müvəffəqiyyətdən danışır

Avropa Oyunlarında tikintilər «DDLAR Group»a tapşırılır
Avtomobil yarışları Arif Rəhimovun atasının nazir kimi nəzarət etdiyi sahəyə ayrılan dövlət vəsaitindən xeyir götürdüyü heç də yeganə qazanc mənbəyi deyil. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının yarış arenalarının bir çoxu yerli mediada ona aid olduğu bildirilən «DDLAR Group» Şirkətlər Qrupu tərəfindən inşa olunub.Əlbəttə ki, yenə heç bir tender və müsabiqə olmadan. Gənclər və İdman Nazirliyi yüz milyonlarla manat smeta dəyəri olan idman qurğularının tikintisini, eləcə də “Baku Crystall Hall”un Avropa oyunlarına hazırlanması «DDLAR Group» QSC-yə həvalə edib.
Avropa Oyunlarının keçirildiyi Su İdmanı Sarayının tikintisi 200 milyon manatdan çox, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi 110 milyon manat, Avropa Oyunları Parkı 100 mln. manatdan bir qədər az məbləğə başa gəlib. Xərclərin məbləğini gənclər vəidman naziri Azad Rəhimov







Şərhlər
MOLODETS? Ə HEÇ OLMASA DANIŞIB BİZİ DİRİ-DİRİ BASDIRMAYIN,ÖLDÜRMƏYİN
Ay allah sizə ağıl versin.Belə gic yarışları sizdən 50-100 dəfə böyül olan Rusiya,Amerika keşirmir.Çünki boş və ağılsız, məsrəfdir.ERmənilər bu məsələdə bizdən ağıllı çıxıblar ki, həm dünyanın bir çox ölkələrində sözlərini deyə bilir və istədiklərinə nail ola bilirlər.Amma bizimkilər 28 ildir Qaeabağ bizimdir deyib.kənardan baxırlar.Bu Formula-! niyə bizdən gücklü,bizdən artıq maliyyə imkanları ölkələrdə yox,bAzərbaycan kimi problemli ölkədə keçirilir.Bu sualı ğzünüzə verib,bu yarışın mənasını tapın.
Xalqı nə qədər axmaq, avam yerinə qoyublarsa, həm büdcəsini talayırlar, üstəlik özünü də inandırırlar ki, ermənilər belə yarışlar, tədbirlər keçirdiyimiz üçün "inkişafımıza" paxıllıq edirlər. Allahın bizə rəhmi gəlsin!
Ele senin kimi demaqoqlardi da ayri sekcilik salan.cavan savadli kadrlardi imkan verin islesinler
Ozlerini dogrultmasalar onsuzki olke prezidenti isden azad edecek neceki bu ay eledi.sene ne kimin atasi kimdi bilib neyniyessen cixartdirassan isden.oktay sireliyev atasi temiz bakilidi iside goz qabaginda oyrendin he neyniyessen
Bu halın korrupsiyaya nə dəxli var? Amma bu işdən monopoliya olan İdman nazirliyində müəyyən adamlar qazanır.Biq az diqqətli olsan,dünyadan xəbərin olsa belə avam yazılar yazmazsan.
Bu hal və bunun kimi hallar korrupsiyaya yol verən hallardır.Sənaye zonaları kimi,idman təçkilləri kimi və s.hallar büdcənin atasını yandırmağa,miləti yoxsulluğa aparan yoldur.Azərbaycanı bu günə salan mətbuatda,televiziyada insanlara yalan sırıyan yaltaq jurnalistlərin çıxışları, və YAP-ın səriştsiz və yaltaq ,talancı məmurlarıdır.
Bir gunde Bu Rehimovlarindir))))) дерзайте братья смотрите не обосритесь
BU HAL HAKIMIYYƏTİN KORRUPCIYAYA VƏ MONOPOLIYAYA QARŞİ HƏQİQƏTƏN DƏ MÜBARİZƏ APARDİĞİN BARİZ NÜMUNƏSİDİR.
Bütün bəlalarımızın baisi anası və arvadı erməni olanlardır.Vəzifəyə irəli çəkilənlərin ermənilərlə qohumluq əlaqələri ciddi yoxlanılmalıdır.Təzə-təzə ortaya tullananların valideynləri haqqında məlumat verilməlidir.Biz kimin kim olduğunu öyrənməsək, başımız gərəksiz tədbirlərə qarışacaq və bizim "olum və ya ölüm" məsələmiz olan Dağlıq Qarabağ problemi getdikcə daha dərinləşəcək. İdman tədbiri bizim işğal altındakı torpaqlarımızı bizə qaytarmayacaq.Tədbirlər əsgərlərimizin ehtiyaclarına səbəb olacaq.
Dovləт şəhid ailələrinə 20 il əvvəlki уardım verəcəkmiş? 4-cü dəfə Prezidenт həmin gecikmiş "qan pulu"u saуılan тəxmini 100 milуonun üç aуa büdcədən verilməsinə sərəncam imzalaуıb. Məmur şərhləri məbləgi şübhəуə salıblar. Voт Тebe "Formula-1 Azərbacan" moтo uçuşdandan büdcəуə əlavə 300 milуon gəlir! Cəmisi 10 və 100 manaт kapiтal qoуan şəxslərə Büdcə уüzlərlə milуonluq işləri elə-belə verməуib ki? Nəinki 100 milуon, cəmi 25-30 milуona Qarabag daşnaqları hamısı çoxdan dünуanın o тərəfinə koçərdilər.
ata bala iw birliyi...
Formula-1 Azərbacana heç nə vermir.Yalnız ziyan və fırıldaq!Bakıda gənc sürücülərə avtoşluq, sakinlərə narahatlıq və artıq , lazımsız xərclər.Onsuz da itirilmiş imici bununla qaanmaq mümkün deyil!Bir-iki adamın boşuna əylənməsi üçün bu xərclərə v əziyyətlərə lüzum tamamilə yoxdur.İkincisi,xaricdən idmançılar cəlb etməklə böyük məsrəflərlə başa gələn yarışlardan Azərbaycan nə qazanır?İdmançıları daxildə yetişdirməyi düşünmək lazımdır.Bir də ki. idmanla yaradılnası düşünülən imic boş xülyadır.Boş məsrəflərdə
LAY LAY BALA LAY LAY , YAT GAL DALA LAY LAY. BU BIZLERE YAZILIB
Dədənin pulunu ha ödəmirsən ki. Başına daş olmuş bu bədbəxt millətin pulunu ödəyirsiniz. gedin görək hara kimi gedəcəksiniz? Patrik Hikkiyə ödəmişdiniz, o da Braziliya ilə Azərbaycanı səhv salmışdı, onu da tutub "Kürdəxanı" (Braziliya) istirahət mərkəzinə bilet satmağa göndərdilər.