Gəncədə yaşayış binasında baş verən yanğın söndürülb.
APA-nın qərb bürosunun xəbərinə görə, şəhərin Heydər Əliyev pospektində yerləşən 2 mərtəbəli binada başlayan yanğının söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb.
Yanğının söndürülməsində iştirak edən Gəncə Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürəni - 30 yaşlı Zirəddin Məmmədov və 29 yaşlı Namiq Lələyev xəsarət alaraq Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
* * *
Gəncə şəhərində yanan yaşayış binasını söndürən zaman xəsarət alan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Lələyev Namiq Əbulfəz oğludur.
Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıb. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.
* * *
Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.
"Report"un Qərb bürosunun məlumatına görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.
Sakinlər təxliyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.
Yanğının baş vermə səbəbləri araşdırılır.


Şərhlər