GÖMRÜKÇÜ GENERAL EV DUSTAĞI EDİLDİ! - Saxta dərman şəbəkəsinin deputatla əlaqəsi təsdiqlənir + FOTOLAR

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə uzanan cinayət işi davam edir. “Yeni Müsavat”a daxil olan məlumata görə, Tibbi Xidmət İdarəsinin rəisi,  gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Məlumatda deyilir ki, hazırda hərtərəfli istintaq işi aparılır, yaxın günlərdə digər DGK vəzifəlilərinə də rəsmi ittihamlar irəli sürülməsi üçün hüquqi baza formalaşdırılır.

İstintaqa cəlb olunan şəxslərin söylədikləri protokollaşdırılır, sahid ifadələri, sübut və dəlillər toplanılmaqdadır.

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub.

Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb.  Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin də istintaqa cəlb edildiyi haqda xəbərlər yayılıb.

Unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları təkzib edib: “Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan huquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da, hərə öz sözünə cavabdehlik daşımalıdır”.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ifşa etdiyi “dərman mafiyası” ilə işbirliyində adı hallananlardan biri də Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovadır.

Qaçaq yolla ölkəyə gətirilən, saxta dərman vasitələrinin digər apteklərlə yanaşı deputatın ailəsinə məxsus “Elit” aptekdə də satıldığı məlum olub. Qeyd edək ki, “Elit” adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət göstərir. Yəni “Elit” apteklər şəbəkəsidir. Bu, aptekin özü haqda yaydığı məlumatda da təsdiqlənir: “Elit” aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub saxlaya bilib. Yeni istifadəyə verilən “www.eliteaptek.az” ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini sizlərə təklif edir".

Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir. Maraqlıdır ki, internetdə “Elit” apteklər şəbəkəsi ilə bağlı məlumat toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin dərman preparatlarının qiyməti ilə bağlı tutduğu iradlara münasibət bildirərkən, aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: “Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman ”Elit" aptekdə 15 manatadırsa, “AVİS” aptekdə 25 manatadır. Doğrudur, “AVİS”-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar".

DTX-in məlum əməliyyatına qədər də “Elit” apteklər şəbəkəsi ilə Elmira Axundovanın, onun oğlu Həbib Axundovun ilişkilərinin olmasını təsdiqləyən məlumatlar, fotolar, fotofaktlar da ortalıqda idi. Ən başlıcası isə deputatın oğlu Həbib Axundov da 1 il əvvələ qədər  bu günlərdə generalları istintaqa cəlb olunan Dövlət Gömrük Komitəsinin əməkdaşı idi. Deputat oğlunun adı 8 milyon manatlıq dələduzluq işinə qarışdıqdan sonra DGK-dakı işindən kənarlaşdırıldı. Həmin dələduzluq işi bu gün də istintaq edilməkdədir. Maraqlıdır ki, elə həmin dələduzluq işindən sonra Elmira Axundova Nəsimi rayonu ərazisində özünün adına 6 mərtəbəli böyük bir qeyri-yaşayış binası inşa etdirib, Alov qüllələrində böyük bir mənzil alıb, bir sözlə, qəfildən maddi imkanları artıb...

DTX-nin əməliyyat keçirdiyi “Elit” şəbəkəsinin bir apteki də məhz deputata məxsus olan və Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanındadır. Deputata məxsus binanın 1-ci mərtəbəsində “Elit” apteki, 6-cı mərtəbəsində isə oğlu Həbib Axundovun “Çardaq” adlı qəlyanxanası yerləşir.

Məsələ ilə bağlı deputat Elmir Axundova ilə əlaqə saxladıq. Özünü deputatın köməkçisi kimi təqdim edən şəxs bildirdi ki, deputat iclasdadır. Sonrakı zəngimizə də oxşar cavab verən köməkçi deputatın redaksiyamızla əlaqə saxlayacağını söylədi. Amma deputat günün sonuna qədər redaksiyamızla əlaqə saxlamadı.

 

635x100

Şərhlər

EWDER 2018-05-11 09:51:58

esas inkiwfdu...AZERBAYCAN

Cəbrayıl 2018-05-11 09:51:58

ÖLKƏDƏ QURDLAR FİRONLUQ EDƏR.dEPUTATXANA TƏİZLƏNMƏLİDİR.NİYƏ AZƏRBAYCAN BU KÖKƏ SALINDI? MİLLƏTİN GÜNAHI NƏ İDİ? MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏKMİ?

Bayram 2018-05-11 09:51:58

Prezidentimiz göstərişinə əsasən dərmanlar peraparatlarının qiymətlərinin tənzimlənməsi və keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar 3-4 işlər aparılır.Sadə vətəndaşlarımız görülən bu işlərdən artıq faydalanır.Prezidentə kömək etməkdənsə belə yaramaz işlər görən deputat və digər məmurlarımızın apardığı bu işlərin adı xalqı hökümətdən narazı salmaq-sabotajdır.Yəqin ki möhtərəm Prezidentimiz bu adamlar haqqında ölçü götürəcək.Məncə onlar artıq qırmızı xətti keçiblər.

azad 2018-05-11 09:51:58

Allah bunların bəlasını verəcək bizim gücmüz catmır bunları arxasında güc dayanır.

Qoqili 2018-05-11 09:51:58

Derman mafiyasindan icazesiz bir derman bele kecirmek mumkun deyil.demekki bunlar gizlin sekilde keciribler ona gorede cezalandiriblar

kenan 2018-05-11 09:51:58

.....

emil 2018-05-11 09:51:58

.... Elmira Axundovanin ...

sus 2018-05-11 09:51:58

İndi bu təyin olunmuş deputatlar, eləcədə başqa məmurlar,hamısı ant-milli ünsürdürlər....

Lissabon 2018-05-11 09:51:58

Heqiqeten de Medical sitide aldigim derman saxta cixib ve bu partiya gelen deanlar bir cox apteke yayilib

emil 2018-05-11 09:51:58

Ölkädä här hansi bir cinayätin üstü acilirsa onun altindan Diptatin adi cixir. Belä baxiram Dumaxanada Siyavus Novruzdan basga tämiz adam yoxdur.Baxmayarag bu adam bizim kimi müxalifät fikirli insanlari tez-tez tängid edir.Amma Siyavus Novruzun adina hansisa bir obyekt, ya hardasa pulnan elagädar adinin hallanmasini män säxsän esitmämisäm. Bu insan sirf Eliyevci fanatdir .Allah var basimizin üstündä gäräk sözün düzünü deyäsän

sual 2018-05-11 09:51:58

musaqulunun arifi indidə duşub gomruyun generalarinin usdunə. mtn yaddan cixdi deyəsən?

vəkil 2018-05-11 09:51:58

bunlarin hansini qaldirirsan altindan zibil çixir ! ğömrukdə bəlkədə hələ təmizi bu idi deputatlarin hamisi obyekt almaq satmaq tikmək xahiş etməklə məşqul olurlar əsil işləri qalib kölgədə.o əməliyyatlar qaz idarələri su idarələri işig idarələri su melorasiya idarələrində yol idarələrində də keçirilməlidir...

Son yazılar