“Ermənistanın çiçəklənməsi mümkün olmayacaq”
Rusiya Dumasında mətbuat konfransı keçirən Vladimir Jirinovski Ermənistandakı hakimiyyət dəyişikliyi barədə danışarkən deyib ki, son hadisələr ermənilərə yaxşı heç nə vəd etmir: “Ermənilər Paşinyanı hakimiyyətə gətirdiklərinə görə peşman olacaqlar”.
Partiya liderinin sözlərinə görə, inqilab edənlər bilməlidirlər ki, vəziyyət əvvəlkindən yaxşı yox, əksinə, daha da pis olacaq: “Paşinyan vəziyyəti yaxşılaşdırmaq istəyir. Ancaq onda heç nə alınmayacaq. Ermənistan blokadada qaldıqca, onu heç vaxt çiçəklənən ölkəyə çevirmək mümkün olmayacaq. Və onun heç bir resursu yoxdur.”

Şərhlər
Səy də olsa düz deyir.
Senin de ele boş-boş qırıllatmağın var.