SABİQ NAZİR 50, APARATININ RƏHBƏRİ 36 MİLYON ÖDƏYİB! - Əli Abbasov həbsdən belə yayındı...

Eli-Vidadi

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov nazir olduğu müddətdə dövlətə vurulmuş ziyana görə istintaq dövründə 50 milyon manat pul ödəyib! Bu barədə "AzPolitika"ya mötəbər mənbə bildirib.

Məlumata görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra Rabitə Nazirliyi –red.) sabiq Aparat rəhbəri Vidadi Zeynalov isə 36 milyon geri qaytarıb. Buna görə də Bakı Apellyasiya Məhkəməsində Zeynalovun həbs cəzası birdən-birə 9 il azaldılaraq, 13 ildən 4 ilə endirilib. V.Zeynalovdan azadlığa çıxması üçün mənimsədiyi ehtimal olunan bütün vəsaiti – 70 milyonu geri ödəməsi tələb olunur. Vidadi Zeynalov bu qədər vəsaitin talanmasında iştirakını qəbul etməsə də, həmin pulu ödəmək üçün vaxt istəyib.  

Qeyd edək ki, "Rabitə işi" üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanıblar. İstintaq bu iş üzrə dəyən zərəri 153 milyon manat dəyərləndirmişdi. Buna görə Rabitə Nazirliyinin bir çox rəhbər şəxslərinə qarşı itihamlar irəli sürülsə də, nazirin məsuliyyətdən kənarda saxlanılması maraq doğururdu.

vidadi zeynalov beytulla huseynov rabite nazirliyi azpolitika azerpoct aztelekom

Halbuki, ilkin məlumatlarda Rabitə Nazirliyində dövlət vəsaitlərinin talananmasında Əli Abbasovun yaxınlarının birbaşa iştirakı haqda informasiyalar dövriyyəyə buraxılmışdı. Belə ki, Əli Abbasovun qaynı Elçin İbrahimovun "Qafqaz-S İnşaat” MMC vasitəsilə Rabitə Nazirliynin xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirdiyi, bunun da böyük hissəsinin mənimsənildiyi iddia edilirdi. Elçin İbrahimov da istintaqa ifadəsində bəzi faktları təsdiqləmişdi. Əli Abbasov özü iddiaları qəbul etməyib, sözügedən şirkətə hər hansı bir güzəşt edilmədiyini bildirsə də, Vidadi Zeynalov məhkəmədə demişdi ki, "Qafqaz S İnşaat" MMC-yə nazirin göstərişi ilə vəsaitlər göndərilib, bu işlərə özləri nəzarət edib: “Nazir nə deyirdi, onu icra edirdik. Şişirdilmiş rəqəmlər də göndərilirdi. Nə qədər deyirdi, o qədər göndərirdik. Hər şey onlara aidiydi".

Bunda əlavə sabiq nazir ifadəsində özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirməklə, dolayısıyla dövlət vəsaitinin talanmasında iştirak etdiyini etiraf etmişdi. Buna baxmayaraq, istintaqın yekununda nə nazirə, nə də onun yaxınlarına qarşı konkret ittihamlar irəli sürülmədi.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bunun səbəbinə müəyyən qədər aydınlıq gətirmişdi. O, proseslərin birində Əli Abbasovun 7 milyon pul ödədiyini bildirmişdi: “Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016-cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş aparılıb".

Ancaq “AzPolitika.info”ya verilən məlumatlardan belə məlum olur ki, bu məbləğ dəfələrlə çox olub - Əli Abbbasova 50 milyon ödədiblər!

Vidadi Zeynalova gəldikdə isə, qeyd edək ki, onunla bağl istintaq materiallarında bildirilirdi ki, qulluq mövqeyindən sui-istifadə edərək, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə, müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Yəni, Zeynalov 73,5 milyonun mənimsənilməsində ittiham edilirdi.

Bununla belə, məhkəməyə göndərilən materiallarda istintaq orqanı Vidadi Zeynalovun ümümi olaraq dövlətə 7 milyon 335 min manat ziyan vurduğunu hesablamışdı. Birinci məhkəmə instansiyasının qərarından əvvəl bunun 3 milyona qədərini ödəyən Zeynalovun işinə Apellyasiya Məhkəməsində baxılmazdan öncə dövlətə vurduğu ziyanı tam ödədiyinə dair məlumat yayıldı.

Məhz bunu nəzərə alan Apellyasiya Məhkəməsinin də Zeynalovun həbsini birdən-birə 9 il azaldaraq 13 ildən 4 ilə endirdiyi, həmçinin təxminən 50 milyon qiymətləndirilən 67 daşınmaz əmlakın üzərinə qoyulan həbsi götürdüyü bildirildi.

vidadi-zeynalov1470298272

AzPolitika.info” verilən məlumata görə isə Vidadi Zeynalovun cəzasının birdən-birə bu qədər endirilməsinin və əmlakları üzərindən həbsin tam götürülməsinin səbəbi onun daha böyük vəsait qaytarması ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, sabiq Aparat rəhbərinin dövlətə vurduğu ziyana görə 36 milyon qaytardığı bildirilir. Ancaq ondan 70 milyon ödəmək tələb olunur. Əmlaklarının da üzərindən həbsin buna görə götürüldüyü, sataraq və ya girov qoyaraq dövlətə vurduğu ziyanı geri ödəməsinə şərait yaradıldığı bildirilir.

Qeyd edək ki, BTRİB-in sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon ziyanı tam ödədiyi halda, cəzasının daha az - 13 ildən 7 il 6 aya endirilməsi də, Vidadi Zeynalovun daha böyük ödənişlər etdiyini göstərir. Belə görünür ki, tələb olunan vəsaiti ödəyərsə Vidadi Zeynalov da dərhal azadlığa buraxılacaq.

Qeyd edək ki, Azərbaycanda son vaxtlar cinayətlə məşğul olan, dövlətə 10 milyonlar, hətta 100 milyonlarla ziyan vuran şəxslərin bir müddət sonra taladıqlarının müəyyən hissəsini qaytararaq azadlığa çıxması praktikası geniş yayılmaqdadır. Bu da vəzifəli şəxslərə rahat talançılıqla, cinayətlə məşğul olmaq imkanı verir. “Tutulsam, yığdığımın bir hissini qaytarıb çıxacam” fikrini formlaşdırır.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki son çıxışında bunun yolverilməz olduğunu bildirib. O, deyib ki, büdcə vəsaitlərini talayan şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir: “Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya intizam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir”.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Həsən ağa 2018-05-21 18:56:32

1) Qohumum düz deyir. 2) Analitikin vəzifəsi odur ki, yoxlasın: а налито ли?

S.Ənvər qızı 2018-05-21 18:56:32

Cənab Əli Abbasov dəyərli bir insandır,ağır təbiətli Ziyalıdır,oturuşunu-duruşunu bilən dəyərli bir nazir olub.Xalqımızın savadlı övladlarını rəhbər vəzifələrə təmənnasız təyin edib,xalqına və dövlətinə sədaqətlə xidmət etsin deyib. Əli müəllimin xeyirxah hərəkətlərini heç vaxt unuda bilmərik. Allah onu qorusun.

S.Ənvər qızı 2018-05-21 18:56:32

Biz həyatda gördüyümüzün düzünü deməliyik,sabiq nazir Əli Abbasovun dövründə müraciət edirdik,vaxtında araşdırılıb qanuni tədbirlər görülürdü.Belə hallar birinci növbədə öz xidmətləri ilə cənab Prezidentimizin etimadının doğrultmasından xəbər verir.İndi isə nazirlik,yüksək səviyyəli,peşəkar maliyyəçi-rabitəçini,məmurun şəxsi maraqları naminə gözümçıxdıya salaraq işlə təmin etmir.Nazirlikdə "züy verən" insanlarda var.Rəsmi qaydada çıxardıb ortaya qoysunlar ki,mənim həyat yoldaşımın günahı nədir ?

S.Ənvər qızı 2018-05-21 18:56:32

Sabiq Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Əli Abbasov dövlətçiliyimizi,xalqımızı və cənab Prezidentimizi qəlbən sevən dəyərli bir Nazir olmuşdur.İşədiyi dövr ərzində vətəndaşın şikayətinə vaxtında araşdırıb tədbir görürdü,öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq uğrunda çalışırdı. Yerinə təyinat alan NRYTN-i Ramin Quluzadə isə vətəndaşın şikayətini araşdırıb tədbir görmək əvəzinə,başqalarının söslərinə üstünlük verir və bu xidmətləri ilə Ə.Abbasovun ölənlərinə rəhmət oxutdurur..

Surxay 2018-05-21 18:56:32

Mən faktla danışacağam.Əvvəla sabiq nazir akademik Əli Abbasovla Ramin Quluzadənin peşəkarlıq baxımından müqayisəsi heç ağıla gələn deyil.İndi keçək sırf insanlıq,insaniyyət baxımından müqayisəsinə əgər caizsə...Bir qonşumuz va 20 yanvar şəhidinin xanımıdı,əri rabitəçi olub,ağır xəstədir,həkim bildirdi ki,təcili əməliiyat olunmasa xəstənin yaşamı mümkün deyil.Məktubla Ramin Quluzadəyə maddi yardım üçün müraciət olundu.Nazirlikdən mənfi və qəribə bir cavab alındı ki,sizə 20 yanvarın 28-ci ildönümündə maddi yardım edilib.Sağ olsun qonum-qonşu kim əlindən nə gəldi yardım etdi.Və çox sağ olsun,Medical-Plazanin həkimi Hidayət Məmmədzadənin xahişiylə DİN qospitalının cərrahı İlham Nəcəfli xəstəni təmənnasız əməliyyat etdi və xəstə 29 mayda evə yazıldı.İndi gələk həmin şəhid ailəsinə Əli abbasovun dönəmində göstərilən qayğıya.Nazir həmin qadına pulsuz təmirli mənzil verdi,nəvəsinin xaricdə oxuması üçün təhsil xərcini və ona təyin olunmuş təqaüdü ödədi.Bir sözlə şəhid ailəsi şəxsən nazirin qayğısı və nəzarəti altında oldu.Mən hələ qonşu kimi mənə məlum olanları qələmə aldım.Ancaq onu bilirəm ki,həmin qadın sözünün əvvəli də,axırı da sabiq nazirin alqış vəduasıyyla başlayıb,bitirdi.

rabiteci 2018-05-21 18:56:32

Vidadi zeynalov arxasız Qurbanlıkdır oturub icarida biyabır eladilar özlerini

analitikə əlavə 2018-05-21 18:56:32

Analitik,sən bunları Əli Əhmədova,Siyavuşa anlada bilərsənmi? Onlar bəlkə anlayırlar,,amma deyə bilməzlər.Hansı saytı açırsan YAP=ən vəzifədə olanlarının törətdikləri yaramazlıqlardan, mənimsəmədən, oğurluqlarından yazır.Bunlarda utanası üz olsa gördüklərini qoyub.istədiklərini danışmazlar.Heç bir partiya özünü bu qədər biabır etməmişdi.Heç olmasa,yığışıb adını dəyişsinlər.Axı YAP-şılar rüsvayi cahan olublar.

Həsənquliyevə 2018-05-21 18:56:32

Qüdrət Həənquliyev fil qulağında yatır.Adam hekayə danışmaqdan bezmədi? Deyirlər qonşuda toydur,deyir bu səs haradan gəlir?Ay kişi,deyirlər və faktlar sübut edir ki,ölkədə bir qrup məmura qanun yoxdur və onlara təsir etmir.Bu adam gördüklərini unudub kitab yazılarından danışır.Qüdrət bəy aydan gəlmisənsə,millət yerdə yaşayır və görür,duyur.Sən baş qarışdırmaq düşünmə.....Axı insanın sonrakı həyatı var .... Bu sənə nə verəcək?

rabitəçi 2018-05-21 18:56:32

Fəxr edirəm, sevinirəm, qürur düyuram ölkəmdə mövcud olan belə idarəetmə üsulundan. Heç ermənilər belə işlərdə bizə çata bilərlər?

analitik 2018-05-21 18:56:32

Bütün bu acı və dəhşətli reallıqlar analoqu olmayan "inkişafın", "hüquqi dövlətçilik" ritorikasının mahiyyətidir.

Bayram 2018-05-21 18:56:32

Bu 50 +36 milyon,edir 86 milyon.Qardaş bu pulu harada necə saxlayıb,daşıyıb qaytarıblar.Axı bu bir yük maşınına sığmır?Bu qədər pulu cəmi iki nəfər mənimsəyibsə (bu hələ aşkar edilənidir).o zaman digər nazirlik,idarə başçıları, icra hakimiyyətləri,onların müavinləri və bu kimilər nə qəər mənimsəyib?Son hadisələr təsdiqləyir ki, ölkədə talançılıq kütləvi hal alıbmış. Bəs əlaqədar nəzarət orqanları hara baxıb.Yoxsa onlar da öz səviyyəsində bu işlərlə məşğul olurlar? Ehtimal bunu deyir.Yazıq sadə millət!

Mirəli 2018-05-21 18:56:32

Qanun işləməyən,qanun pozuntularına görə məsuliyyətdən qaçmağın mümkün olduğu ölkəyə necə inanmaq,investisiya qoymaq,güvənmək olar? Yüksək vəzifəyə təyin edirlər,onlar isə oğurlayır,talayır,rüşvət yığır,milyon, hətta milyardlar sahibi olur.Bir hissəsini əlindən aldıqdan sonra sərbəst olur.Belə hal hansı qanuni dövlətdə var? Heç Mozambikdə də yoxdur.Sonra irəliləyişdən,inkişafdan danışılır. Hansı naziri tərpədirsən milyonlarla yeyinti ortaya çıxır.....

Rabitəçiyə! 2018-05-21 18:56:32

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli rabitəçi yazırsınız ki, Rabitə Nazirliyində dövlət əmlakını talan ediblər.Düz yazmırsınız hamının gözü qarşısında dövlətin malını talan edən Rabitə və Yüksək Texnologiyalar nazirliyi olub.Təkrar edirəm Rabitə Nazirliyi yox.Bunlar çox fərqlidilər.Görünür, insanlar hələ bunun fərqində deyil. Zaman ədalətli hakimdir.

Həsənağanın qohumu 2018-05-21 18:56:32

Vallahi-billahi gülməli alınır.Ye,iç,daöt.tök.dovlətin əmlakını tala,işçilərə zülüm ver.Daha sonra arxayın yaşa və tutulanda da yığdıqlarının 50% rahatca ödə və türmədən çıx.))))))Yatıb çıxanlar Qənbər,Məhəmməd və başqaları hal-hazırda super həyat yaşayırlar.Evvəlkindən də qat-qat üstün.Allah onlara bəla versin.

ABDULQADIR 2018-05-21 18:56:32

..MAL-MÜLKÜMÜN YARISI,SERAYLARIMIN HAMISI SIZE QURBAN.YETER KI, CANIMA TOXUNMA.

VAQİF 2018-05-21 18:56:32

BƏS BUNLAR NİYƏ TÜRMƏDƏ DEYİLLƏR. BİRİSİNİ 2-3 MİNJMDƏN ÖTƏRİ 5-6 İL TÜRMƏYƏ BASIRLIAR. ASNCAQ MÇOLIYON MİLYARD TALAYANLAR AZDLIQDA. DEMƏLİ ÖLKƏDƏ QANUNLAR GÖT-BAŞDIR. КОМУ КАК

ewder 2018-05-21 18:56:32

pul onlara catmamiwdan ........ esas inkiwafdu...

Kamil 2018-05-21 18:56:32

Deməli mənimsədiyindən bəlli olanı ödə,qalanı halal xoşun.Get kef elə! Bu hansı məmləkətdə olur? Bəs qanun?Bəs rüşvət,büdcə yeyintisi, korrupsiya əməlləri? Gülməli deyilmi?....Ona görə işsizlik baş alıb gedir.Millət iş üçün,dolanmaq üçün başqa ölkələrdə nicat axtarır....Ona görə ölkə importa möhtac qoyulub.Bu işlərlə əlaqədar Dövlət proqramı yoxdur və ya yerinə yetirilmir.

Oqtay 2018-05-21 18:56:32

Azərbaycan yox bura ABSURDİSTANDIR .Yəni al vəzifəni get oğra tutulsan mənə də ver.Nə Bağırovun yeridir

naxçıvanlı 2018-05-21 18:56:32

Kim talamır? Ölkədə hətta iynə belə istehsal olunmur. Neftin pulları talanır. Yoxsulluq və işsizlik ən yüksək həddədir. Haq-hesabları düz gəlməyəndə talançılar ortaya çıxarırlar, onları həbs edirlər. Talana kim yaşıl işıq yandırır? Talıyıb hamısını özlərimi yeyir? Yaxşı oğru tapmısınız! Müəllim oğlunu, ziyalını, akademiki oğru etmisiniz! Vidadi Zeynalov çapıb-talamasaydı bu qədər uzun müddətdə akademik Əli Abbasov nazir vəzifəsində qala bilərdimi?

oxucu 2018-05-21 18:56:32

Ac, yetim, sahibsiz, evsiz, lazimi geyim paltarlari olmayan azerbaycanli ushaqlar uchun, DOVLET QAYQI GOSTERIRMI ? Eger, bu AC ushaqlardan birisi, CHOREK OQURLASA maqazadan, DERHAL, POLIS, ushaqin BALACA ELLERINI QANDALLAYIB, KOBUDCHULUQ TETBIQ EDEREK, GETIRER POLIS shobesine ve bu YAZIQ - AC ushaqa qarshi fiziki "TERBIYE" - EMELIYYATI KECHIRER ve HEBS EDER, AMMA, Azerbaycan XALQINI TALAYAN KORRUPSIONER memurlara QARSHI CIDDI CEZA TETBIQ EDILMIR... OZBASHINALIQIN TUQYANI, BOYUK TEHLUKEDIR.

rabitəçi 2018-05-21 18:56:32

Rabitə Nazirliyində dövlət əmlakını talan edənlər hələdə nazrlikdə və tabeli strukturlarda yüksək vəzifə sahibidirlər. Onlardan nazirliyin poçt sektorunun müdiri Məmmədov Novruz, Azərpoçt MMC-nin baş direktorunun müavini Rəsulov Bayram və s.. qeyd etmək yerinə düşər.. Rəsulov Bayram bir il bir yerdə tab gətirib işləyə bilməyən adam 8-ildir ki, Azərpoçtun baş direktor müavini vəzifəsində işləyir... Belə bir adamın Rabitədə yüksək vəzifə daşıması təəccüb doğurur,vətəndaşın dövlətə olan imicinə mənfi təsir gö

Son yazılar