Menu

Fəxrəddin Manafov İbrahimbəyovun rəhbərlik etdiyi qurumu tərk etdi - VİDEO

25.05.2018, 13:21
Fəxrəddin Manafov İbrahimbəyovun rəhbərlik etdiyi qurumu tərk etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir. Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub.

Unikal.org xəbər verir ki, bu məsələyə görə Xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib. bAzərbaycan Dövlət Televiziyasının "Günün Nəbzi" verilişinin qonağı olan xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib:

"Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm. Mən o qurumun rəsmi nümayəndəsinə zəng etdim. Çox təkidlə ona dedim ki, mən de-fakto orda yoxam, de-yuri məni ordan xaric eləyin. Mən bundən sonra o qurumda iştirak etmək fikrində deyiləm. Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın. O qurumda artıq heç kəs qalan deyil".

Şərhlər

seymur 2018-05-25 13:21:01

bu kimdi men hec tanimadim

hop-hopnamə 2018-05-25 13:21:01

Bu yapistlərin nə fırıldağı varsa 3 il bundan qabaqkı kino söhbətini atıblar ortaya. Panama söhbəti ortaya çıxanda Qarabağda müharibə başlandı ki, millətin ağzını başqa səmtə yönəltsinlər. İndi də nə zibilləri varsa Rüstəmskini soxublar ortaya. Yaşayarıq görərik. Düzü yazan orqanlar mövcuddur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol