Menu

ARDNŞ sponsorluqla bağlı xəbərlərə aydınlıq gətirdi - "Gündəmdə deyil"

21.07.2014, 11:30
ARDNŞ sponsorluqla bağlı xəbərlərə aydınlıq gətirdi - "Gündəmdə deyil"

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin "Qalatasaray" futbol klubuna sponsor olacağı ilə bağlı məlumat yayılıb.

Kütləvi İnformasiya Vasitələrində yazılanlara görə, "Türk Telekom" ilə yenidən razılığa gələ bilməyən Türkiyənin "Qalatasaray" klubu Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə anlaşıb.

Müqavilə məbləği olaraq 20 milyon avro ödəniləcəyi qeyd olunub. Forma sponsorluğu üçün SOCAR-dan əlavə "Samsung", "Fly Emirates", "Etihad" və "Gazprom" kimi böyük şirkətlərin də adı hallanır.

Bununla bağlı Dövlət Neft Şirkətinin Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Gün.Az-a bildirib ki, bu məsələ gündəmdə deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol