Menu

Sumqayıtda torpaq uçqunu olub - Ölən var

01.06.2018, 15:13
Sumqayıtda torpaq uçqunu olub - Ölən var

Sumqayıtda 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsada, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol