Menu

Türkiyə ordusu İraqın şimalında PKK-nın qərargahına yaxınlaşıb

09.06.2018, 12:54
Türkiyə ordusu İraqın şimalında PKK-nın qərargahına yaxınlaşıb

İraqın şimalı, o cümlədən Qəndil çox tezliklə terrorçulardan tamamilə təmizlənəcək.

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, İraqın şimalı PKK terrorçuları üçün yuvadır:

"Əgər İraq hakimiyyəti bu bölgəni təmizləmək iqtidarında deyilsə, o zaman Türkiyə Silahlı Qüvvələri bu torpaqların terrorçulardan azad edilməsi üçün mümkün olan hər şeyi edəcək".

Şərhlər

t.ədalət 2018-06-09 12:54:28

Alqış Türkün silahına!İmkan verməz PKK-çı erməni- kürd xəyallarına!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol