Bu gün Bakıda yerləşən "Kids studio” bağçasında uşaqlara qarşı kobud rəftarı özündə əks etdirən görüntülər yayılıb. Azxeber.com saytının yaydığı görüntü sosial şəbəkələrdə kəskin tənqid olunub. Məsələ ilə bağlı "Kids studio”nun rəhbəri Nigar Müseyibova BakuPost-a açıqlama verib. Bildirib ki, bağça fəaliyyətini dayandırıb: "Bağça bu gün fəaliyyətini dayandırdı. Daha fəaliyyət göstərməyəcəyik".
O, rəhbərlik etdiyi bağçada uşaqlara qarşı hər hansı işgəncə olmadığını deyib: "Orada aqressiya olmayıb. Müəllimə uşağı silkələyib. Bundan başqa, onlar tezləşdirilmiş kadrlardır. Ona görə kobud görünür. Tezləşdirilmiş kadrların da öz təsiri var. Biz bir müddət əvvəl bağçada çalışan bir nəfəri işdən çıxarmışıq. Həmin qız oturub bütün görüntüləri axtarıb, arasından yalnız bunları tapıb. Çünki başqa bu kimi rəftar qeydə alınmayıb bağçada. Qisas almaq üçün görüntüləri yayıb. Biz onu işdən oğurluq üstündə çıxarmışdıq”.
N. Müseyibova kadrlardakı uşağın F. Tağıyevanın qohumu olduğunu deyib: "Həmin uşaq Firuzə müəllimənin öz qohumudur. Bundan başqa, o, yaxşı müəllimə olub. Uşaqları başının üstündə saxlayıb”.
***
Bakının Yasamal rayonunda yerləşən “Kids Studio” adlı özəl uşaq bağçasında tərbiyəçinin azyaşlılarla qəddar rəftarını əks etdirən qalmaqallı video sosial şəbəkələrdə yayılıb. Virtualaz.org xəbər verir ki, daxili videomüşahidə kameralarının çəkdiyi görüntülərə əsasən tərbiyəçi azyaşlıları döyür, döyməklə də ürəyi soyumayıb divara çırpır, digər kobud rəftara yol verir.
Müxtəlif vaxtlarda uşaqlara qarşı qəddar rəftarı əks etdirən bu görüntülər yerli mətbuatda yayıldıqdan sonra qalmaqal yaranıb. “Kids Studio” uşaq bağçasından deyiblər ki, kadrlarda işgəncə faktından söhbət gedə bilməz.“Tərbiyəçi uşağı sadəcə silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb”.

Bağçadan qeyd edilib ki, videonu işdən çıxarılan əməkdaş yayıb: “Həmin görüntüləri resepsiyonda işləyən və bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan qız qəsdən yayıb. Onda adminin parolu var və videonu götürə bilib”.
Uşaq bağçasının özünü təqdim etmək istəməyən əməkdaşı saytımıza deyib ki, bu görüntüləri yayan şəxs direktordan və həmin müəllimədən qisas almaq istəyib: “Başqa açıqlama verə bilmərik. Bizim bağça haqqında danışanları məhkəməyə verəcəyik”, - əməkdaş hədə-qorxu gələrək telefonu qapadıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirib.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb. (APA)
E. Səfərovun qeyd edib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: “Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır”.
Hüquq-mühafizə orqanlarından məsələyə münasibət öyrənmək mümkün olmayıb.


Şərhlər
Topal qalsin o bagcanin muellimleri ve mudriyyeti. Allah o keslerr lemet elesin ki gunahsiz usaqlara isgence verirler. Menim balama bunu edenlerin yixib basni qoyun qoyun kimi keserem her kesin icinde
Duz edirler. Usaq soz qanana shey deyil