Menu

"Onlar niyə ölkəyə qayıtmırlar?" - YAP icra katibinin müavini

12.06.2018, 14:31
"Onlar niyə ölkəyə qayıtmırlar?" - YAP icra katibinin müavini

“Dövlət xətti ilə xaricdə təhsil alanlar ölkəyə qayıtmırlar. Deyirlər ki, əmək haqqı azdır. Bu dövlətin pulu ilə oxumusansa, ölkəyə qayıdıb borucunu qaytarmalısan, xidmət etməlisən”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, həmin tələbələrin təhsil xərclərini dövlət ödəyib, ona görə də ölkəyə qayıtmalıdırlar: “Onlar niyə ölkəyə qayıtmırlar? Həmin insanlarla müqavilə bağlanmalıdır ki, ona qoyulan sərmayəni qaytarsın, yəni işləməklə xalqına xidmət etsin”.

Şərhlər

aysberq 2018-06-12 14:31:48

Əvvəla dövlət pulu ilə xaricdə oxuyanların böyük hissəsi elə yüksək vəzifələrdə çalışan məmurların, onların qohumlarının və "biznes" şəriklərinin (söküntü-dağıntı işləri ilə məşğul olanlar) övladlrıdır. İkincisi də təsadüfən ora düşən başqalarının uşaqları bilirlər ki, şərqin "Günəşində" iş yoxdur. O ki qaldı məmur uşaqlarının xarıcdə qalmasına dədələri kisədən oğurladıqları pullarla orada uşaqlarına evlər, mülklər alır, işlər yaradırlar. Birdən burada onları burada "vurularsa" ora qaçmağa yerləri olsun.

miri 2018-06-12 14:31:48

Məmləkəti elə hala salminizki, nəinki dövlət hesabına, hətta valideyin hesabına xaricdə təhsil alannin qayıtması mümkünsüzdür. Hətta bu addımı haramla böyümüş uşaqlarının bəzisi atır. Bəsdirin, bu yol yaxşıya aparmayacaq. Məmləkət əsasən savadsız, dəyərlərə hörmət etməyən və bacariqsizlardan ibarət olmaqla idarə etmə üstünlüyü yaransa da, inkişafdan qalırıq.. Bunu isə tarix sizlərə və bizlərə bağışlamayacaq.

Bashirov Qarib 2018-06-12 14:31:48

Bu nə məntiqsizlikdir Xrici ölkələrdə təhsil alanlar,vətənə xidmətdə xarixdə qalmaqla daha çox xeyir verərlər , nəinki, olkəmizdə.Yuz minlərlə yuksək ixtisaslı məzunlar işsiz gucsuz ölkə boyu iş axtarırlar, tapa bilmirlər. Xarici olkələrdə qalanlar isə həm olkəmizi təmsil edirlər,həm də demokratik prinsiplərə yiyələnirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol