Menu

Putin təcili iclas çağırdı (VİDEO)

23.07.2014, 00:05
Putin təcili iclas çağırdı (VİDEO)

Rusiya prezidenti qərbə və rəsmi Kiyevə xəbərdarlıq edib

Rusiya prezidenti Vladimir Putin Malayziyaya məxsus təyyarənin vurulması ilə əlaqədar təhqiqat işlərinin ətraflı şəkildə aparılması üçün rəsmi Moskvanın əlindən gələni edəcəyini açıqlayıb. Putin çıxışı zamanı Ukraynada münaqişənin şiddətlənməsinə səbəb olan Qərb qüvvələrinə və rəsmi Kiyevə xəbərdarlıq edib.

ANS-in Moskva bürosunun məlumatına görə, Ukraynanın Donetsk vilayətində 298 insanın ölümünə səbəb olan sərnişin təyyarəsinin raketlə vurularaq düşürülmüş olması yenə də Rusiyanı dünya ictimaiyyətinin qınaq hədəfinə çevirdi. Bu isə dövlət başçısı Vladimir Putini yeni bəyanatlar vermək məcburiyyətində qoydu.

Bu gün Dövlət Təhlükəsizlik Şurasını toplayan Putin Qərbə Rusiyanın bundan sonra da öz mənfəətlərini qoruyacağı mesajını verdi. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına ölçülü cavab verəcəklərini vurğulayan Putin Qərbi Rusiya ilə sanksiya dili ilə deyil, dialoq yoluyla danışmağa dəvət etdi. Ukraynadakı vəziyyətin bütün dünyadakı stabilliyi pozduğunu vurğulayan Putin Qərbi bir daha Kiyev hökumətinə silahı buraxması üçün təzyiq göstərməyə çağırdı. Siyasi ekspertlər isə Putinin son bəyanatlarının Ukraynadakı hadisələrin gedişatının Rusiyanın istəmədiyi səkildə cərəyan etməsindən qaynaqlandığı barədə həmfikirdirlər. Putinin bəyanatı onu da göstərdi ki, Ukraynadakı hadisələr fonunda müttəfiqsiz galan Rusiya Qərblə birbaşa münaqişəyə girmək istəməsə də öz mənfəətlərindən də əl çəkməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol