Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy – 80” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Modern.az-ın məlumatına görə, müsabiqədə tanınmış jurnalistlər Ləman Ələşrəfqızı (1-ci yer), Jalə Mütəllimova (2-ci yer), Səbuhi Məmmədli (3-cü yer) Kəramət Böyükçöl, Cəlil Cavanşir, Azad Qaradərəli, Hikmət Orhun (həvəsləndirici) və başqaları qalib olublar.
Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu 1-ci yer üçün 1500 manat, 2-ci yer üçün 1000 manat, 3-cü yer üçün 500 manat, qalan 10 həvəsləndirici yer üçünsə 100 manatdır.
***

Tədbirdə Elçibəyin əsərlərindən ibarət yeni çap olunmuş 1000 səhifəlik kitabın da təqdimatı olacaq. Eyni zamanda "Elçibəy-80" yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar. Bildirilib ki, müsabiqəyə 44 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən yoxlanılıb. Əsas müəlliflər Azərbaycandandır, amma Türkiyədən də yazanlar var.
Tədbir davam edir.





























Şərhlər