Menu

GÖRƏNLƏR ŞİKAYƏT ETSİN! - Ağackəsməyə görə cəzalar sərtləşdiriləcək (VİDEO)

22.06.2018, 17:23
GÖRƏNLƏR ŞİKAYƏT ETSİN!  - Ağackəsməyə görə cəzalar sərtləşdiriləcək (VİDEO)

Hasara alınmış yaşıllıq ərazi görəndə dərhal şikayət edin!

APA TV-nin məlumatına görə, bu halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacların kəsilməsinin və ya qurudulmasının qarşısını zamanında ala bilər.

Bu gün keçirilən mətbuat konfransında bildirilib ki, yaşıllıqların mühafizəsi üçün mütəmadi monitorinq aparılır, lazımi tədbirlər görülür. Nazirliyin mətbuat katibi İradə İbrahimova qeyd edib ki, yaşıllıqlara zərərverici münasibət göstərənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməlidir: "Təəssüf ki, bəzi hallarda yaşıllıqlara münasibət istədiyimiz kimi deyil. İnsanların ətraf mühitə münasibətini dəyişmək üçün media nümayəndələrinin, ictimaiyyətin dəstəyinə böyük ehtiyacımız var".

Ağacların qanunsuz kəsilməsi, qurudulması hallarına daha çox paytaxt Bakıda rast gəlinir. Qanun pozuntularına yol verənlər əsasən fiziki şəxslərdir: "Son 2-3 ay ərzində nazirliyə Bakının Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Sabunçu və Yasamal rayonlarında ağacların qanunsuz kəsilməsi və qurudulması faktı ilə bağlı daha çox şikayət daxil olub".

Bölgələrdən isə daha çox Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı və Qubadan şikayətlər olub.

Nazirliyin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva isə cərimələrin artırılmasına ehtiyac olduğunu bildirib: "Fiziki şəxslər hər bir ağaca görə 2220-3000, vəzifəli şəxslər 5000-7000, hüquqi şəxslər isə 25000-45000 AZN cərimə tətbiq olunur. Əgər ziyanın məbləği 1000 AZN təşkil edirsə, sənədlər hazırlanır və prokurorluğa təqdim olunur".

Umayra Tağıyeva bildirib ki, ETSN mövcud qanunvericilikdə dəyişikliklərin edilməsi və daha sərt sanksiyaların tətbiq olunması ilə bağlı təkliflər hazırlayır.

Şərhlər

sual 2018-06-22 17:23:32

xəatai rayonu ərazisində kəsilib daxidilan yasilliqlarin fotolarini təqdim etdik nə fayda ?

Filosof 2018-06-22 17:23:32

Hormetli Umayra xanim! Bilesiniz ki, bu mebleg de azdir! Men Nesimi rayonunun sakiniyem. Hazirki bawcidan evvel rayona agaliq eleyen Nesib Mehmeliyev rayonun erazisini wumladi,agac qalmadi kesmeye, yerinde bina obyekt tikmeye. Eyni usulla da yeni bawci fealiyyet gosterir, ancaq selefinden ferqli olaraq ehtiyatla iw gorur. Indi yene metlebe qayidiram. Men anlamiram ki, neye gore agac kesmeye gore cerime 100 min manata qaldirilmir. Sizi inanduiriram cerime bu qeder olsa bir nefer de olsun bu fikre duwmeyecek

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol