Menu

Gültəkin Hacıbəyliyə AŞPA-ya giriş qadağası qoyulub -"orange-word"> "Səməd Seyidov məktubu məndən gizlədib"

29.06.2018, 10:56
Gültəkin Hacıbəyliyə AŞPA-ya giriş qadağası qoyulub - "Səməd Seyidov məktubu məndən gizlədib"

AŞPA keçmiş deputat, hazırda Milli Şuranın üzvü olan Gültəkin Hacıbəyliyə ağır cəza kəsib. Belə ki, ötən gün AŞPA-nın müstəqil istintaq orqanı AŞPA-nın etik normaları pozan və öz hərəkətləri ilə bağlı açıqlama verməyən 29 nəfər keçmiş və indiki üzvünün siyahısını dərc edib. Onların arasında keçmiş deputat G.Hacıbəyli də var.

Turan-nın məlumatına görə, G.Hacıbəyli Facebook səhifəsində yazıb ki, AŞPA İstintaq Qrupundan heç bir sorğu almayıb. Odur ki, onun əməkdaşlıqdan imtina etməsi barədə fikirlər əsassızdır.

"Şübhə etmirəm ki, bu, mənə qarşı təxribatdır. Çünki 2010-cu ildən ASPA üzvü deyiləm və 2012-ci ildəki proseslə bağlı məlumatlı ola bilmərəm. Azərbaycan hakimiyyətini tənqid etdiyim, rejimin korrupsion siyasətini ifşa etdiyim halda məni Avropa Şurasında korrupsiyaya bağlılıqda ittiham etmək gülüncdür", - o yazıb.

Onun sözlərinə görə, bu siyahıya daxil edilməsinə AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin sabotajı səbəb olub. Məlum olub ki, Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin məktubu G.Hacıbəyliyə birbaşa göndərilməyib, AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin vasitəsilə göndərilib.

"Səməd müəllim (AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov) isə təbii ki, məktubu mənə gördərməməyi məsləhət bilib", - G.Hacıyeva yazıb.

G.Hacıbəyli həmçinin mətbuata açıqlamasında deyib ki, haqqındakı qərarın ləğvinə və Azərbaycan nümayəndə heyətinin cəzalandırılması istiqamətində çalışacaq:“Mən sona qədər gedəcəm. Çünki bu hadisə nüfuzuma zərbədir. Mən Azərbaycan nümayəndə heyətindən çox AŞPA-nı sorğulayacam. Necə olur ki, 2012-13-cü illərdə pulların deputatlara paylandığı zaman nümayəndə heyətinin üzvləri istintaqa cəlb olunmur, amma 2010-cu ildən sonra AŞ PA-ya getməyən bir şəxs olaraq, mənə cəza verilir? Hətta bu cəza Səməd Seyidova da verilməyib. Mənə ömürlük AŞ PA-ya giriş qadağan edilib. Səbəb guya suallara cavab verməməyimdir. Halbuki, məktub məndən gizlədilib.”

S.Seyidov hələlik bu ittihama cavab verməyib.

.

Şərhlər

məmmədqulu 2018-06-29 10:56:59

Səməd Seyidov Arqamuntla birlikdə itkin düşmüş dublyonkasını axtarır.
Görünüş yaradır ki, guya işlə məşğuldur. Ona elə tapşırıq verilib ki, qarayaxmada ən fəal iştirak etməlisən. Çünki, kürüyaxmada ən fəal və aktiv olmusan.
P.S. Birdə axı onlar üçün bu suala cavab yazılıb şparqalka kimi ona verilməyib. Danışanda quş buraxmamaq üçün susur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol