Menu

Nazir dəyişsə də, nazirlik dəyişməyib! - Pensiyaçı süründürməçilkdən şikayət edir

29.06.2018, 12:15
Nazir dəyişsə də, nazirlik dəyişməyib! - Pensiyaçı süründürməçilkdən şikayət edir

"AzPolitika.info"ya müraciət ünvanlayan ehtiyatda olan zabit Elşən Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin süründürməçiliyindən şikayət edib. 2012-ci ildə pensiyaya çıxan E.Quliyev bu ilin may ayının sonunda pensiya aldığı bank kartının müddəti bitdiyi üçün “Kapitalbank”ın Nərimanov şöbəsinə müraciət edib. Lakin iyunun 8-də bankdan bildiriblər ki, onunla bağlı məlumatlar ƏƏSMN tərəfindən hələ onlara göndərilməyib.

Bundan 4 gün sonra pensiyaçı zabit nazirliyin 190 çağrı mərkəzinə müraciət edib. Buradan da E.Quliyevi nazirliyin müvafiq şöbəsinə istiqamətləndiriblər: “0124330670 nömrəsindən özünü Namiq kimi təqdim edən şəxs bir xeyli araşdırma apardıqdan sonra günahını etıraf edərək bildırdı ki, sizin adınızı banka göndərmək yaddan çıxdığı üçün sizə yeni kart sifariş edilməyib. Həmin məmur elə günü bugün yeni kartın sifariş ediləcəyini dedi.”

Vətəndaşın dediklərindən belə aydın olur ki, həmin vaxtdan 2 həftədən də artıq müddət keçəndən sonra yenə nazirliyə müraciət edib. Bu dəfə nazirliyin 142 qaynar xəttindən E.Quliyevin problemini dinləyiblər və söz veriblər ki, tezliklə nazirliyin müvafiq şöbəsindən hansısa məsul şəxs onunla əlaqə saxlayacaq. Ancaq nə zəng edən, nə də məsələ ilə maraqlananın olmadığını bildirən E.Quliyev yeni nazirə üz tutaraq, bu süründürməçiliyə görə kimin cavab verməli olduğunu soruşur: “Nə ücün DSMF bugünə kimi mənim adıma bankda kart sifariş etməyib? Necə ola bilər ki, təqaüdçünün şəxsi məlumatları banka öturulməsin? Mənim adıma yeni kartın sifariş olunmasını daha neçə ay gözləməliyəm?

E.Quliyev deyir ki, artıq ay başa çatsa da, ona kart verilməyib və buna görə də pensiyasını ala bilmir. Dəfələrlə şikayətinə məhəl qoyulmadığı üçün mətbuat vasitəsilə nazirə müraciət etməkdən başqa çıxış yolu qalmayıb və ümid edir ki, bəlkə bundan sonra problemi həll olunacaq.

AzPolitika.info

Şərhlər

t.ədalət 2018-06-29 12:15:36

İndiki nazirin hansısa işi yarıdacağına inanmaq sadəlövhlükdür.Sadəcə olaraq, kürd əsilli olmasına görə onun bəxti gətirib.

Əlosət Ağayev Şəki 2018-06-29 12:15:36

Hələ S.Babayev nazir təyin olunan gündən mən bu sözü demişəm ki, nazirlikdə antivirus proqramı həyata keçirilməsə, yenə də, köhnə hamam köhnə tas davam edəsidir.
Dəfələrlə geyd etdim ki, nə qədər ki, DSMF-nin Şəki şöbəsinin ...Bahadur kimi .... DSMF-dən kənarlaşmasalar biz qanuni pensiya hesablada biləsi deyilik.
Və yaxud nə qədərki, Şəki 19 saylı regionu üzrə DƏM-nin sədri Kamil Mikayılov kimi, savadsızlar DƏM-ən kənarlaşdırılmasa,əmək hüquqları pozulmuş insanlar öz əmək hüquqlarını bərpa edə bilməyəcəklər.

Mirzə AĞ 2018-06-29 12:15:36

Bu, YAP hökumətinin siyasətidir, nazir-mazir işi deyil!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol