«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, nüvə silahının yayılmaması (NSY) haqqında Müqavilənin qarşıdan gələn 50 illiyi müasibətilə Rusiya, ABŞ və Britaniya liderləri birgə bəyanatla çıxış ediblər. Sənəddə deyilir ki, gələcəkdə sözügedən müqavilənin uğuruna zəmanət yoxdur. Bu zəmanət yalnlz sözügedən ölkələrin birgə səylərindən asılıdır. Həm də bu ölkələr yekun məqsəd olaraq, nüvə silahının tam ləğvinə sadiqdirlər.
«NSY müqaviləsinin uğuru əvvəlcədən müəyyən olunmayıb və həm də gədəcəkdə onun uğuruna zəmanət yoxdur. Bu, bizim razılaşdırılmış və ardıcıl səylərimizdən - onun universallaşdırılmasına, fəaliyyət qabiliyyətinə zəmanətin verilməsinə, həm də mövcud və yeni çağırışlara reaksiya verilməsinə yönəlik səylərimizdən asılıdır» - deyə, NSY müqaviləsinin depozitar ölkələrinin birgə bəyanatında qeyd edilir.
Bəyanat, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin(XİN) saytında dərc olunub. Bəyanatdan qeyd edilir ki, NSY müqaviləsi dünyada nüvə silahından imtina olunmasına əhəmiyyətli tövhə verib və bu sahədə lazımi şəraitin yaradılması məsələsində gələcək irəliləyişə şərait yaratmaqda davam edir.
«Biz, əvvəlki kimi, nüvə silahının tam ləğvi olaraq yekun məqsədə sadiqik və bu istiqamətdə daha əlverişli beynəlxalq mühitin yaradılması üçün bir-birimizlə qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik» - deyə, bəyanatda qeyd olunur.
Ölkələr həm də MAQATE-yə tam dəstəyi davam etirmək barədə öhdəlik götürür və digər dövlətləri də bu nümunəyə qoşulmağa çağırırlar.


Şərhlər