Menu

DSMF-nin iki rayon şöbəsinin müdiri işdən çıxarıldı

30.06.2018, 14:40
DSMF-nin iki rayon şöbəsinin müdiri işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir və Abşeron rayon şöbələrinin müdiri işdən çıxarılıb. Report xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, İlkin İbadulla oğlu İbrahimov DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsindən azad edilib və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılıb.

Bundan başqa, DSMF-nin Abşeron rayon şöbəsinin müdiri Coşqun Qasımov vəzifəsindən azad edilib və onun yerinə İlkin İbrahimov təyin olunub.

Qeyd edək ki, bundan əvvəl DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib və onların yerinə müvəqqəti təyinatlar olub.

Şərhlər

məmməd 2018-06-30 14:40:36

Hörmətli Cənab Nazir Sahil müəllim, Şəkinin Məşğulluq Mərkəzinin direktoru,ixtisasca idman müəllimi olan Elçin Salamovun özbaşnalığına nə vaxt son qoyulacaqdır ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol