Menu

FHN Mingəçevirdə bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb

05.07.2018, 13:29
FHN Mingəçevirdə bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərindəki “Azərbaycan İES”də baş vermiş yanğınla bağlı məlumat yayıb.

İyulun 5-də saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol