GÖMRÜKDƏN ÇIXARILDI, "FÖVQƏLADƏ"də MÜAVİN OLDU - Təyinat

Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə müavin təyin edilib. APA-nın məlumatına görə, Nazim Məmmədov fövqəladə hallar nazirinin müavini təyin edilib.

"AzPolitika.info" qeyd edir ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. General-leytenant rütbəsi daşıyan 67 yaşlı Nazim Məmmədov ilk ixtisası baytarlıq olub.

O, 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlamışdır. 1976-cı-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir.

Karyerasındakı yüksəliş isə 1995-ci ildən – Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Maraqlıdır ki, həmin vaxtadək N.Məmmədov ali təhsilli olmayıb. Görünür ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Beləliklə də N.Məmmmədov 1998-ci ildə – nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin Hüquq fakültəsindən məzun olub.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin dekabrından bu günə qədər  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edib.

Nazim Məmmədovun Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən çıxarılmasından sonra  fövqəladə hallar nazirinə müavin təyin edilməsi təsadüfü deyil. "AzPolitika.info" nun məlumatına görə,  Nazim Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın kadrlardan hesab olunur. 

"AzPolitika.info"

635x100

Şərhlər

Musa 2018-07-07 17:17:25

burdan cixib gedende ne olur ki ? Senin kimilere gore bu gundedi olke. Demir yerimde durum haqqimi teleb eliyim.

rauf 2018-07-07 17:17:25

KEÇƏL HƏSƏN HƏSƏN KEÇƏL. DA NƏOLDU. ORDA YIĞIRDI İNDİ DƏ BURDA YIĞACAQ. BİR AZ GÜLMƏLİ ANCAQ DOYUNCA AĞLAMALI BİR OLAYDIR BU

Akif 2018-07-07 17:17:25

Nə üçün növbəti dəfə mənim şərhimi dərc etmirsiniz.Növbəti dəfə bildirirəm ki,mən hüç vaxt təhqirə yol verməmişəm və açıq fikirlə faktlarımı yazıram.Ar olsun sizə də!!!

EWDER 2018-07-07 17:17:25

ESAS INKIWAFDU....YAVAW... OLMAZ... IRELI

Fəzail 2018-07-07 17:17:25

....bir qrup ölkəni söküb dağıdır.Nə qanun,nə qayda,nə nəzarət var.Bunun sübuta ehtiyacı yoxdur.günün güzgüsüdür.Bütün nazirliklər,rayonlarda İcra başçıları apparaı.polis.prokuror.ii idarə və müəssisələr yeni və köhnə bir qrupın sərəncamındadır. ....Belə kadr siyasəti ölkəni uçurumda qoyub.

G.M 2018-07-07 17:17:25

Bu Genral mundirlərini də , mədəniyət-marif titullarını da ``dzinfeksiya`` etmək zamanı gələcək.Hələlik Xalq artistləri,Genrallar,....Kafelərin qarşısında dayanıb ``müştəri `` gözləyən yanşaq ``aşıqlar`` ..heç nəylə fərqlənmirlər.

EWDER 2018-07-07 17:17:25

BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILIR...YAVAWDAMAQ OLMAZ.MARAQLISIORASIDIR KI,BU BAYTARIN VERGIDE INKIWAF EDEN QOHUM EQRABALARI NE QAYRAJAQ.BUNU LAZIM BILER ,EWDER OL CANI

Daz 2018-07-07 17:17:25

Daha bundan sonra mənim heç bir sözüm yoxdur. Buna nə ad verəsən??? ..... Demək çıxıb buradan getmək lazımdır. Başqa yol yoxdur.

Sacli 2018-07-07 17:17:25

Kecel hesen veya hesen kecel misalidi bu.ehhhh....

Mirzə AĞ 2018-07-07 17:17:25

Bu, sadəcə,millzti zlz salmaqdır!!!

Habil 2018-07-07 17:17:25

67 yaşlı pensiyaçını bir nazirlikdən digərinə atlatmaq nə deməkdir? İnsanları 65 yaşdan işdən çıxarırlar ki, gənclərə yol açılsın.Bəs bu nə qədər əsaslı sayıla bilər? Baytar hara,fövqəladə hallar hara? .....

Son yazılar