ZİYA MƏMMƏDOVUN ƏLİNDƏN ALINAN OTELDƏ FACİƏ - Kanat qırıldı, ölən və yaralananlar var

Xəbər verildiyi kimi, “Quba Palace Hotel”ə (Əvvəlki adı "Quba Rixos") məxsus olan kanat qırılması nəticəsidə 1 nəfərin ölüb, 3 nəfər yaralanıb.

Məsələ ilə bağlı “Quba Palace Hotel”in marketinq şöbəsinin müdiri Ceyhun Yəhyayevin verdiyi məlumata görə, hadisə “SCADA” şirkətinin əməkdaşlarının ehtiyatsızlığı səbəbindən baş verib:“Quba Palace Hotel”də kanat yolu var. Bu kanat yolunun trosu qısaldılmalı idi. Bunun üçün isə xüsusi peşəkar mütəxəssislərə ehtiyac vardı. Biz araşdırma apardıq və ölkə ərazisində peşəkar xidmət verən “SCADA” şirkəti ilə razılaşdıq. Onların əməkdaşları çağırıldı və bir həftə ərzində işə başlanıldı.

Təmir zamanı özləri ilə gətirdikləri tros qırılıb və təəssüflər olsun ki, faciəli hadisə baş verib. Kanatın içərisində hadisə zamanı şirkətin iki əməkdaşı olub, biri ölüb digəri isə yaralanıb. Hadisə sadəcə hotel ərazisində baş verib. Amma bütün məsuliyyət birbaşa olaraq “SCADA” şirkətinə məxsusdur”.

"AzPolitika.info" xatırladır  ki, " Quba Rixos" oteli əvvəllər sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə  məxsus olub. Otel oğlu Anar Məmmədovun biznes obyektləri arasında idi. Mətbuatda verilən xəbərə görə, nazir vəzifəsindən çıxarıldıqdan sonra əlindən alınıb. Görünür, Məmmədovlar otelin yeni sahiblərinə xeyir-dua verməyiblər... 

***

Quba rayonunda hotellərin birində kanatın qırılması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb.Bu barədə Trend-ə açıqlamasında Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib: "1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Əliməmmədov Rahid Mehman oğlu döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir".

Xatırladaq ki, bu gün Qubada hotellərdən birinin ərazisində kanat qırılıb. Hadisə nəticəsində hotelin əməkdaşı, rayonun Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

635x100

Şərhlər

Bayram 2018-07-09 15:53:59

"Otel oğlu Anar Məmmədovun biznes obyektləri arasında idi. Mətbuatda verilən xəbərə görə, nazir vəzifəsindən çıxarıldıqdan sonra əlindən alınıb".Nən bir şeyi başa düşmürəm kimliyindən aslı olmayaraq bir adamın şəxsi əmlakı məhkəmə qərarı olmadan necə əlindən alına bilər.Əgər əlindən alınıbsa kimin adına keçirilib : dövlətin və ya kiminsə.Əgər satılıbsa pulu kimə çatıb.Belə hadisələr hansı sivil ölkədə baş verə bilər?

oxucu 2018-07-09 15:53:59

Əri boşayan arvadı it də qapdı bir yandan məsəli var

EWDER 2018-07-09 15:53:59

WEREF ORDENLI ESGER...ESAS INKIWAF EDENLERDEN BIRI...DEYESEN BIR BALACA YAVAWDIYIB...QERDEWININDE SESI CIXMIR...HARADASAN CENAB DIPUTAT... NECE GEDIR...

Sedaqet 2018-07-09 15:53:59

ALLAH Ziya muellimin oz kanatini qirmasin, ALLAH ona can sagligi versin. Yaxshi insan adam kimi adamdi. Onun ayaqqabisini geyib onun yerishini hec kes yeriye bilmez. ALLAH vefat edene rehmet etsin, xesaret alanlarada shefa versin

Son yazılar