«HEYDƏR ƏSƏDOV MAXİNASİYALARIN İDARƏÇİSİ İDİ» - Eks-nazirə ağır ittihamlar

Azərbaycanda keçirilən arıçılıq məhsullarının sərgi satış yarmarkalarında çox böyük maxinasiyalar gedirdi.

Bunu Kənd Təsərrüfatı nazirliyinin təşkil etdiyi press tur zamanı açıqlamasında Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

O deyib ki, eks-nazir Heydər Əsədov bu maxinasiyaların idarəçisi idi: “Hələ Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun dövründən sərgilər başqa istiqamətlərə yönəlməyə başaldı. Hətta sərgilərin birində polislər məni bayıra çıxardılar. Çünki insanlara zir-zibil almağa imkan vermirdim. Bal yarmakasında çox böyük maxinasiyalar gedirdi. Bu il qismən qarşısı alınsa da, yenə də tam nail ola bilmədik”.

B.Həsrətov bu məsələlərlə bağlı eks-nazir Heydər Əsədovun qəbulunda olduğunu vurğulayıb: “Bu problemlərlə bağlı məni qəbul edirdi, fikirlərimi dinləyirdi, deyirdi “oldu, yaxşı”. Amma mən qapıdan çıxandan sonra komandasına “assosiasiyalara imkan verməyin” göstərişini verirdi. Hər yerdən yollarımızı kəsirdilər, qısqanclıq vardı. Subsidiya məsələsi niyə bu günədək gecikir? Biz təklif verdik ki, arı ailələrinin sayılma prosesində assosiasiya nümayəndəsi də iştirak etsin. Amma nazirlik buna razı olmadı, çünki biz olan yerdə maxinasiya edə bilmirdilər. Bugünədək mübarizədə olmuşuq. Amma inanıram ki, yeni nazir İnam müəllim bizə dəstək olacaq”.

Arıçılq təsərrüfatı barədə məlumat verən B.Həsrətov minə yaxın arı pətəyinin olduğu müəssisədə bir neçə şöbənin fəaliyyət göstərdiyini açıqlayıb: “Bunlar bal, arı südü, damazlıq ana arının yetişdirilməsi, arı pətəklərinin, çərçivələrin hazırlanması sexləri, təsərrüfat məqsədli anbar, istixana, bal verən arıların yetişdirilməsi və çoxaldılması, bal emalı və qablaşdırılması sexidir (avqust ayında fəaliyyətə başlayacaq). Təsərrüfatı 2011-ci ildən genişləndirməyə başlamışıq. “Bal evi”miz hələ tam gücü ilə işləmir. Turistləri qəbul edəndən sonra daha geniş fəaliyyət göstərəcəyik. Hazırda müəssisənin 14 adda məhsulu var. Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. Təsərrüfat ildə 20 ton bal istehsalı üçün nəzərdə tutulub, amma bu rəqəm ildən ilə dəyişə bilir. Ərəb ölkələri ilə razılaşmalarımız var. Bu il üçün bizə Dubaydan 50 ton bal sifariş edilib. Öz balımızla yanaşı, ətraf rayonlardan da bal alıb, qablaşdıraraq ixrac etməyi düşünürük. Əsas hədəfimiz xarici bazarlardır. Gələcəkdə burada apiterapiya (arılarla müalicə) mərkəzi də yaratmağı düşünürük”. (modern.az)

635x100

Şərhlər

Sedaqet 2018-07-09 22:13:56

Bir insanin nece uzu nece dili olar? Bu adam kecel il yarmarka vaxti cixib TV de heyder esedovu teriflemekdn agzi boyumushdu. Bu adam ozu deyirdiki yarmarkada yaradilan sherait vetendashlari memnun edib. Yarmarkalarda stasionar laboratoriya yaradilmishdi ki mushteri aldigi balin keyfiyyetini yerindece yoxlatdirib temizliyine emin olub alirdi. Indide cixib agzina geleni danishir. Heyderin vaxtinda heyderi terifleyirdin indide inami? Oz diliynen deyir ki heyder meni qebul etmishdi. Inam qebul etdimi seni?

Mühəndis B. 2018-07-09 22:13:56

... Cənab B.Həsrəтov 2011dən balla məşguldur, H.Əsədov isə 2 il nazir olub. Balın Nazirə nə dəxli? Ərəblə 50 demirəm, 20 тona müqavilən varmı? Balını уıg gondər və 600 min manaтını al! H.Əsədovla düşüncəniz eуni imiş? Bu sadə dildə pul verməsələr bohтan aтacam deməkdir. Olkə beləcə 230 milуardı xərcləуib və 2025-in büdcəsinin belə heç onun уarısı qədər olmaуacagı indidən aşkardır!?

Sedaqet 2018-07-09 22:13:56

. Kecen il yarmarka vaxti ele bu adam cixish edirdi TV de ve Heyder Esedovu teriflemekden agzi yirtilmishdi. Terifleyirdiki ne yaxshi heyder esedov yarmarkada sherait yaradib ki laboratoriya fealiyyet gosterir ve cammat aldigi bali yerindece yoxlatdirir,tam temiz bal aldiqlarina oz gozleri ile shahid olurlar ve emin olurlar ki temiz mehsuld. Bu sozleri bu adam deyirdi oz qulagimla eshitmishem ve gozumnen gormushem. Kecen il yarmarka zamani indi ise cixir bele danışır ki yeni nazire xosh olsun

Son yazılar