YENİ NAZİR SƏLƏFİNİ "VURDU" -  "Ciddi qanunsuzluqlar aşkarlanıb"

"Araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması halları aşkar edilib, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib". APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən müşavirədə bəyan edib.

Nazir ümumilikdə pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib.

S.Babayev stasionar və səyyar formada sosial xidmətlər sahəsində də ciddi nöqsanların mövcud olduğunu, sosial xidmət müəssisələrində ştat vahidləri üzrə işə qəbul edilənlərin sayı ilə faktiki işləyənlərin sayı arasında fərqlərin aşkar olunduğunu, belə halların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib, sosial xidmətlərdə formal yanaşmaların aradan qaldırılmasını tapşırıb.

Nazir bildirib ki, risk qrupu xəstəlikləri ilə əlaqədar cari ilin birinci rübündə aparılmış əlillik təyinatları araşdırılarkən yanlışlıqlar aşkar edilib, həmin şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb. Ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Artıq cari ilin ikinci rübünə dair əlillik təyinatları üzrə araşdırmalar aparılır. Araşdırmalar ikinci və üçüncü qrup əlillik təyinatlarını da əhatə edəcək.

S. Babayev reabilitasiya müəssisələrində də nöqsanlara yol verildiyini, bir çox hallarda növbəliliyin pozulduğunu, bununla bağlı ciddi tədbirlərin görüldüyünü qeyd edib, bu müəssisələrdə çalışanların bilik və peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sahil Babayev nazirlikdə keçirilən müşavirədə daha sonra bəyan edib: "Ünvanlı dövlət sosial yardımın təyinatı üzrə son iki ayda aparılan araşdırmalar yardımların təyinatında bir sıra hallarda ünvanlılıq pozulub, yardım üçün müraciətlərlə əlaqədar maddi-məişət müayinələrinin aparılması zamanı qeyri-obyektiv yanaşmalara, nəticədə qeyri-qanuni yardım təyinatlarına yol verilib, sosial yardım üçün müraciətlərin bir hissəsinin məhz nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinin İP ünvanlarından daxil edildiyini və s. aşkara çıxarıb".

O bildirib ki, bu sahədə pozuntuların aradan qaldırılması üçün institusional və inzibati xarakterli ciddi tədbirlər görülür, həmçinin DSMF-nin yerli şöbələrinin bu sahədə ciddi nöqsanlara yol vermiş rəhbərləri və əməkdaşları işdən kənarlaşdırılır: "Bir neçə yerli şöbənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Ümumilikdə sosial yardım sistemində subyektiv yanaşmaların aradan qaldırılması, sistemin aztəminatlı ailələrə əlçatanlığının tam təmin edilməsi, sosial yardım proqramının özünüməşğulluqla əlaqəli mexanizminin formalaşdırılması üçün qısa müddətli və orta müddətli dövr üçün müəyyən edilən fəaliyyət istiqamətləri üzrə işlər aparılır".

"Azpolitika.info" xatırladır ki,   Sahil Babayevdən əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri postunu Səlim Müslümov tutub. Yeni nazirin pensiya təyinatı sahəsində ciddi qanunsuzluqların, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması halların aşkar edilməsinə dair ittihamlarının da sələfinə yönəldiyi şübhə doğurmur. Görünür,  Səlim Müslümov üçün bu yay yalnız isti deyil, həm də gərgin keçəcək!

Azpolitika.info

 

635x100

Şərhlər

məmməd 2018-07-14 17:15:05

Hörmətli cənab Nazir, Şəki Məşğulluq Mərkəzinin direktoru Elçin hələ iş başındadır...?

pensiyacı 2018-07-14 17:15:05

qısası ə və əsm nazirliyinin əsas strukturu olan dsmf da qayda qanun yaratmaga və soyguncu qohum dəstəsinin oradan süpürülüb təmizlənməsində yeni nazirimizə ugurlar arzulayırıq. o ki qaldı yeni nazirin necə işləməyinə onun barəsində bədxah danışan böyük piyar ustası səlimin qohumları və muzdla ona xidmət edən bədxahlardır hansıki pula hər şeyə hazırdılar nəinki səlim kimisini tərifləməyə. bu hamıya bəllidi.yeni nazirimizə ugurlar arzulayırıq.

Hörmətli oxucular! 2018-07-14 17:15:05

Bismillahir-Rəhmanir-Rəhim Əvvəki əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli Səlim Müslümov cənablarıda işinə eyni ilə bu qaydda hətda daha cidi və səsli-küylü başlamışdır.Hamının sözsüz yaddındadır bir dəqiqə ərzində kolleqiyə iclasında 7-8 rəisi qovdu və bunu TV-də fərəhlə göstərdilər!(Qanunla kollegiyədə kollegiyar qərar qəbul edildikdən sonra onları azad edə bilərdi.) Bizim dəyişən dünyamızda düz deyiblər "döymə taxta qapımı, doyərlər dəmir qapını".Şəkk-şübhəsiz yeni nazir Sahil bəydə indi, ona oxşar hərəkətlər edir.Mənə elə gəlirki oxşarliq çoxdur. Ölkəni xoşbəxt etmək üçün, qızıl-gümüşdən çox ədalət lazımdır.

Sedaqet 2018-07-14 17:15:05

Bizde debdi gelen gedenin axtasinca danishir. Bes sual yaranir sen yeni nazir ne etdin? Hansi yenilik etdin? Hansi lahiyeleri prezidente teqdim etdin? ! Ve netice nedir? Artiq 3 aydi yeni vezifedesiz.... arxasinca danishmaq asan ishdi, ish gormek ise cetindi. Qeybet qiran nazir kimi fealiyyet gostermek yerine lazimi tedbirler gorub bu cammatin invalidlerin gununu duzeldin. Prezidentinde tapshirigi budur !!! Vetendasha xidmet .... yoxsa dalca danishmaq yox

Neyman 2018-07-14 17:15:05

DSMF-də şəffaflığın təmin edilməsində Sahil Babayevə uğurlar arzu edirik. Onun tərəfindən görülən işlər təqdirə layiqdir.

pensiyacı 2018-07-14 17:15:05

hörmətli millətim.sizin yeni nazirə onun iş prinsipinə və həyata kecirdiyi tədbirlərə münasibətiniz düz deyil əgər müslümov özünü vəzifədən cıxandan sonra görkəmli alim prezidentə sədaqətli xalqına canı yanan və sair kimi bir məmur olaraq gözə soxurdusa əslində isə soygunculuq xalqı və prezidenti aldadaraq özünə və qohumlarına .... dövlət büdcəsini talamaqla pul qazandıran güclü piyar üstündə oturan birisi idi bu yeni nazirdə belə əlamətlər müşahidə olunmur sadəcə işləyir bildiyini edir.

Aqsaqqal 2018-07-14 17:15:05

Duzelecek butun eyri iwimiz ,Arvadimiz,uwaqimiz,kiwimiz ...Xow gelecek payizimiz ,qiwimiz ,İsrafil sur duduyunu calanda !...

EWDER 2018-07-14 17:15:05

ESAS INKIWAFDU...EWDER OL CANI...YAVAWDAMAQ NI NI...EDALETI AZERBAYCANDA KIM GERSE L A Z I M A XEBER ELESIN...

Son yazılar