Menu

Putin Ərdoğandan qonaqlıq istədi - "Mənə söz vermişdiniz"

27.07.2018, 11:00
Putin Ərdoğandan qonaqlıq istədi - "Mənə söz vermişdiniz"

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Yohannesburqda görüşündə zarafatlaşıb.Publika.az xəbər verir ki, Putin Rusiya ətinin Türkiyəyə çatdırılması başlananda Ərdoğanın restoran dəvətini qəbul edəcəyini bildirib.

- Siz məni restorana dəvət edəcəyinizə söz vermişdiniz, - Putin deyib.

- Mən dəvət edirəm, - Ərdoğan ona cavab verib.

- Biz razılaşdıq ki, siz ət məhsulumuzu bazara buraxmağa başlayanda və restoranda bizim ət yeməklərimiz olanda, onda nahar eləyəcəyik, - Putin yumorla cavab verib.

- Mən böyük məmnuniyyətlə, sizi gözləyəcəyəm, - Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol