Avropa İttifaqı (Aİ) “Aviasiya sazişi” ilə bağlı təkliflərini Azərbaycana təqdim edib və hazırda hökumətin təkliflərini gözləyir.
Bunu “Report”a qurumdakı mənbə bildirib.
Mənbənin məlumatına görə, təkliflər arasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin özəlləşdirilməsi ilə bağlı müddəalar da var:
“Bilirik ki, AZAL dövlət büdcəsinə daha çox vəsait gətirə bilər. Təklif etmişik ki, onu özəlləşməyə çıxarsınlar. Digər ölkələrin təcrübəsindən də yararlana bilərlər və biz həmin ölkələrin təcrübələrini də hökumətə təqdim etmişik. Təkliflərdə göstərmişik ki, AZAl bazar iqtisadiyyatına keçsə, burda neqativ heç nə yoxdur”.
Qeyd edək ki, hazırda AZAL-ın səhmlərinin 100% dövlətə məxsusdur. Bir müddət əvvəl Moldova öz milli aviadaşıyıcısını özəlləşməyə çıxarıb. Gürcüstanda isə bu bir neçə il qabaq baş verib və hazırda bu ölkənin milli aviaşirkətinin səhmlərinin 49%-i özəl sektora, 51%-i dövlətə məxsusdur.


Şərhlər
Məgər, Xanım Həmzəуeva "Azal"ın sahibi deilmi? Cahangirlər də onun Vəzifə işçiləri? Gorəsən, BB Сahangiri, Naxçıvanlı Hacı İbrahimə dənizə aтmaq üçün kapiтal buraxdıgı kimi, Ona da goуə уaтırım pulları buraxmaуıb ki? Axı, DEMOKRAТ Konsтiтusiуamız elə "Əsrin Konтrakтı" baglanandan mədən sərvəтlərindən Azərbacan xalqına paу уоx, уalnız dovləт-ozəl(əcnəbi) sahibkarlıgı nəzərdə тuтub!? ....
Bunlarda ilişmeye yer tapmırlar deyirem.İstemirik özelleşdirmek.Onsuzda özel kimi bir şeydi.
AZAL özəlləşdirilsə, çox biabırçı gizlinlər üzə çıxar, bir daha rüsvay olarıq! Cahangir elə-belə oturmayıb ki, orada...
mƏNCƏ BİZDƏ BU ELƏ YARANANDAN ÖZƏLDİR
Məgər azal hələ özəlləşdirilməyib? Belə şey olar? Biz elə bilirdik ki. Azal Cahangir məllimindir.