DEPUTATIN və OĞLUNUN VARİDATININ ŞOK SİYAHISI YAYILDI - 10 milyonlarla manatlıq əmlak
Fərman Məmmədov: “Evindəki məclisdə Elmira Axundova söylədi ki, oğlum tenderlərdə iştirak edir....”
(I hissə yazının sonunda)
İllərdir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Dünən mediada Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir...
II HİSSƏ
“Təkcə Elnur İbrahimovdan şikayətçi deyiləm”
Elmira Axundovanın, oğlu Həbib Axundovun adını çəkdikləri Fərman Məmmədov özü də “Yeni Müsavat”a danışıb. Deyib ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İbrahimova qarşı cinayət işi üzrə məhkəmə prosesi keçirilir: “Mən təkcə Elnur İbrahimovdan şikayətçi deyiləm. Şikayətim həm də Həbib Axundovdandır. Bunu dəfələrlə istintaqa da bildirmişəm. İstintaq araşdırmayıb. Yalnız Elnur İbrahimovun üzərinə yükləyib işlərini bitmiş hesab ediblər. İşi yarımçıq məhkəməyə göndəriblər. Məndən Həbib Axundov 575 min manat alıb. Həmin pulun 140 min manatını Həbibin xahişi ilə Elnura vermişəm. İstintaq zamanı da Həbib Axundov bunu təsdiq edib. İşin içində ifadəsi var və Həbib Axundov deyir ki, mən 140 minə zamin durmuram.
“Pul almamısansa, niyə hissə-hissə qaytarmaq haqda söhbət aparırsan?”
Yəni qalan məbləğə zamin olmasını təsdiqləyir. Bu gün Elmira Axundova, oğlu Həbib Axundov nə istəyirlər danışırlar, məsələnin mahiyyətindən yayınmaq üçün min bir dəxlisiz məsələlərə toxunurlar. Mənim əfqan döyüşçülərinə qarşı qanunsuzluq etdiyimi deyirlər. Qanunsuzluq etməmişəm. Etmişəmsə, buyursunlar, versinlər məhkəməyə. Həbib Axundov nə vaxtdan dövlət orqanı olub şikayət qəbul edir? Elmira Axundovadan soruşuram. Mənə borcu yox idisə, niyə mənimlə borcu qaytarmaq haqda razılığa gəlirdi?
Deyir Fərman Məmmədov zəng edirdi, bezmişdim, 250 min verdim. Belə çıxır ki, Elmira Axundovaya ardıcıl zəng edən olsa, aparıb ona da 250 min manat verəcək? Bu qədər məntiqsizlik olar? Desin görək, oğlu Həbib Axundov mənimlə borc haqda uzun-uzadı danışıb hissə-hissə qaytarmaq üçün niyə vaxt istəyirdi? Məndən borc pul almamısansa, niyə hissə-hissə qaytarmaq haqda söhbət aparırsan? Həbib Axundovdan məndən aldığı pulları tələb edirəm. Anası Elmira Axundova da çıxış edir və deyir: “Fərman Məmmədov mənə bata bilməz!” Düz deyir, mən heç vaxt belə bir fikirdə olmamışam, heç kimlə də ədavət, düşmənçilik aparmıram. Sadəcə, pulumu tələb edirəm. Vəssalam. Mən niyə kiməsə batmalıyam?
“Həbib Axundov özü istintaqda deyir ki, 450 min manatı qaytarırlar”
Əlimdə telefon danışıqları var. Həbib Axundov özü istintaqda deyir ki, 450 min manatı qaytarırlar. Pulu məndən Elnur İbrahimov alıbsa, bunun sənə, sənin anan Elmira Axundovaya adiyyəti yoxdursa, niyə 450 min manatın mənə qaytarılması haqda söhbətə çağırırsız? Niyə Şahin Məhərrəmova 3 min 500 qaytarırsan? Elmira Axundova, məni evinə dəvət eləmisən və 250 min manat borcumdan qaytarmısan axı?! Oğlun Həbib Axundov Ziya Vəliyevə də deyib ki, pulunu qaytaracaq və Ziya Vəliyev də bu gün geri çəkilib. Fərman Məmmədovu yalan danışmaqda ittiham etməklə deyil! Ortada səs yazılarınız, ibtidai istintaqa verdiyiniz ifadələriniz var axı. Bunlara nə deyəcəksiniz?
“Elmira Axundova dedi ki, ”biznes ruxnul"
Məndən Həbib Axundovun aldığı 250 min manat pulu Elmira Axundova qaytarmazdan əvvəl aramızda çox söhbətlər olub. Elmira Axundova məndən 3 ay vaxt istəmişdi. Demişdi ki, 3 aya 300 min manat pul qaytarır. Qalan 150 min manatı da hissə-hissə ödəyəcəklər. Deyirdi ki, hər il Səfər Əbiyevin elan etdiyi tenderlərdən 60-100 min manat pul götürürük. Götürəcəkləri tenderdən əldə etdikləri pullarla borcumu verəcəklərini deyirdi. Səs yazılarını istintaqa təqdim etmişəm.
Elmira Axundova bu gün açıqlama verib deyir ki, Fərman Məmmədov və mənim oğlum Həbib Axundov Elnur İbrahimova faizə pul veriblər. Elmira Axundova, yumşaq desəm, doğru demir. Evindəki məclisdə Elmira Axundova dedi ki, oğlum tenderlərdə iştirak edir; onun dövlət orqanları ilə katric alverindən, ofis ləvazımatı biznesindən danışırdı. Bundan sonra da Həbib Axundov məndən biznesini böyütmək üçün pul alıb və ilk vaxtlar qaytarıb. Sonradan isə pulları vermədilər. Elmira Axundova dedi ki, “biznes ruxnul”. Axı biznes çökübsə, məntiqlə Həbib Axundov, onun anası Elmira Axundova da biz zərərçəkənlər kimi müflis olmalıdırlar. Onlar isə qəfil şəkildə varlanıblar.
Onunla aramızdakı səs yazısının stenoqramını da istintaqa, məhkəməyə təqdim etmişəm. Redaksiyanıza da təqdim edirəm. Hər dəfə pulumu istəmişəm, hər dəfə də Elmira Axundova məni sakitləşdirib, deyib ki, pulu qaytaracaqlar".
Elmira Axundova: “... Bu gün, sabah yaxşı pullar olacaq”
Fərman Məmmədovla Elmira Axundovanın telefon danışığının stenoqramını da təqdim edirik.
Elmira Axundova Fərman Məmmədova deyir: “Pul barəsində deyim ki, pul olacaq. Tikintimiz gedir. Mehman mənə deyir ki, bu gün, sabah yaxşı pullar olacaq, Həbibdə də pul olacaq, o da öz ərazisini satır. İndi ilin əvvəlidir, qar yağır. Mən də hər gün Mehmandan soruşuram, biz səndən də çox narahatıq ki, sənə o pulları qaytarmaq lazımdır, heç olmasa hələlik böyük hissəsini qaytarmaq lazımdır. Yəni az qalıb, pul yaxınlarda olacaq, biz də oturub gözləyirik. Müdafiə Nazirliyində naziri ( Səfər Əbiyev) dəyişdilər, işlər çətinləşdi. Yoxsa hər il mən oradan 60 min, 100 min pul götürürdüm (tenderlərlə). Noyabrdan pullar bağlanıb. Sənə belə xırda-para 5-10 min verərdim, amma hələ də düz alınmır. Heç olmasa sənə 100-150 min gərək ən azından hələlik verim. Narahat olma, 2-3 ay gözlə, pul olacaq. Biz bu işin üzərində çalışırıq, pul olmalıdır bizdə”.
Fərman Məmmədov da öz növbəsində deyir ki, deputat Elmira Axundova ilə qeyd olunan telefon danışığı 2013-cü ilin dekabrında olub. Amma ondan sonra da borcu qaytarmayıblar. Əvəzində mal-mülklərinin siyahısını artırıblar. Axundovlar heç zaman olmadığı kimi varlanıb, dəbdəbə içində yaşamağa başlayıblar.
Elmira Axundova, doğrudan “biznes ruxnul”?
Fərman Məmmədov deyir ki, rəsmi sorğular əsasında alınan məlumatları da istintaqa, məhkəməyə təqdim edib. Redaksiyamıza da təqdim olunan sənədlərdən belə aydın olur ki, “biznes ruxnul” deyən deputatın real maliyyə durumu bir başqadır.
Elmira Axundovanın və oğlunun mal-mülklərinin siyahısını təqdim edirik:
-“Tayota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015. Sahibi: Axundova Elmira Hüseyn qızı.
-“AUDI Q 7" minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013. Sahibi Axundova Elmira Hüseyn qızı.
Bundan əlavə, Elmira Axundovanın adına:
-Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.
-Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;
-Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,
-Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,
-“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,
-Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi-yaşayış evi.
Həbib Axundovun adına olan əmlaklar:
-Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində “Çardaq” çay evi,
-“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.
Bunlar isə Həbib Axundovun maşın kolleksiyası:
-“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 10 HH 111, alış tarixi 19.05.2014,
-“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı 90 XX 111. Alış tarixi 02.07.2014.
-“Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı 90 RR 111, alış tarixi 15.02.2014,
-“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 90 CF 900, alış tarixi 03.10.2013.
Hesab edirəm ki, istintaq Həbib Axundova münasibətdə düzgün qənaətə gəlməyib. Bu gün mən də, digərləri də və Həbib Axundov da iş üzrə zərərçəkən statusundayıq. Maraqlısı budur ki, bizlərdən fərqli olaraq Həbib Axundovun ibtidai istintaqda Elnur İbrahimova qarşı ifadələri yoxdur. Elnur təqsirləndirilən şəxs, Həbib Axundov zərərçəkəndirsə, bu necə olur?
Elmira Axundova mənə olan borcun 250 min manatını qaytarmazdan əvvəl dedi ki, gedin oturun araşdırın, kimin kimə nə qədər borcu var aydınlaşdırın. Ailələrinin adamı kimi Rəşidi göndərib ki, araşdırmada iştirak etsin. Rəşid, Həbib Axundov və Elnur İbrahimov Elmira Axundovanın istəyi və birbaşa göstərişi ilə mənimlə görüşdülər. Söhbət elədik, Həbib borcu dəqiqləşdirdi. Bundan sonra Elmira Axundova məni evinə dəvət etdi və borcdan 250 min manat ödədi. Dedi ki, borcun qalan hissəsini də 2 ilə ödəyəcəklər. İndi də pulu qaytarmamaq üçün bu oyunlara gedirlər. Elmira Axundova deputatdır. O, araşdırıb və dərk edib ki, borc aldıqları pulu vermək lazımdır və verib. Söz verib ki, pulun qalanını - 200 min manatı da ödəyəcək.
Elmira Axundova mənə pulu verəndə nə Firuz Haşımov, nə də Habil Vəliyev (reketliyə görə həbs olunmuş baş redaktor-red.) vardı. Məsələnin mahiyyətindən yayınmaq lazım deyil. Son məhkəmə prosesində çıxışımda Həbib Axundovun məhkəməyə gəlib cavab verməli olduğunu dedim. Elnur İbrahimovun vəkili durub Həbib Axundovu müdafiə etdi, məndən Həbib Axundov barədə danışmamağı tələb elədi. Elnurun müdafiəçisi açıq-aydın Həbib Axundova vəkillik edirdi. Hakimlər də, zalda iştirak edən media nümayəndələri də bunu gördülər". (ardı var)
I HİSSƏ
İllərdir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Dünən mediada Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir.
Elmira Axundova “Real” tv-yə 10 dəqiqəlik açıqlama verərək, F.Məmmədovla münasibətlərindən, onun gizli şəkildə səsyazma apararaq qanun pozuntusu etməsindən danışıb.
Ancaq tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Elmira Axundova Fərman Məmmədovu onun səsini yazmaqda ittiham edə bilməz. Qanuni əsas yoxdur: “Fərman Məmmədovdan pul alınıbsa və o, bunu sübut etmək üçün başqa yolu qalmırdısa, nə etməli idi? Fərman Məmmədov sübutlar toplayıb və bundan problem yoxdur. Azərbaycan məhkəmələrində belə sübutlar qəbul olunur. Bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan bir qadını müdafiə edirdim. Zərərçəkən tərəf müdafiə etdiyim şəxsin səsini yazmışdı və məhkəməyə təqdim etdi. Məhkəmə həmin səs yazısını sübut kimi qəbul etdi. Bu normal haldır. Məni aldadırlar, borc aldıqları pulu vermirlər, mən necə sübut etməliyəm? Məcburən səsini yazıram, imkan varsa video çəkirəm ki, sonra istintaqda, məhkəmədə ortaya qoya bilim”.
Tanınmış vəkil deyir ki, Elmira Axundova deputatdır, deyil, fərq eləmir: “Elmira Axundova deputat olmazdan əvvəl vətəndaşdır və onun da səsi yazıla bilər. Yenə də deyirəm, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevə səs yazısı sübut kimi təqdim olundu. Hakim həmin səs yazısını qəbul etdi. Deməyim odur ki, burada qanunsuzluq yoxdur, məhkəmə, istintaq həmin səs yazılarına qiymət verməlidir”.
Yada salaq ki, bir neçə gün əvvəl mediada Həbib Axundovun dəbdəbə içində keçən həyatı haqda video yayımlanıb. Videodan deputat oğlunun özünə korluq vermədiyi, təmtəraq içində itib-batdığı görünür. Həmçinin kadrlarda Həbib Axundovun yaxtasından dənizə düşüb boğulduğu iddia olunan model Günel Mirzəyeva da var. Həbib Axundov Günel Mirzəyeva dənizdə boğulduğu ilk günlər onunla tanışlığının olmadığını iddia edirdi.
Anası Elmira Axundova da oğlu ilə Günel Mirzəyevanın münasibətlərinin olmadığını israrla iddia edirdi. Sonradan ortaya çıxan məlumatlar deputatı da, oğlu Həbib Axundovu da geri çəkilmək zorunda qoydu. Yayılan son videodan sonra Həbib Axundov müsahibə verib və iş üzrə zərərçəkən Fərman Məmmədovun, Şahin Məhərrəmovun adlarını çəkib.
“Həbib Axundovun əli hər yerdən üzülüb, indi də bilmir ki, yalandan nə danışsın”
“Yeni Müsavat”a müraciət edən Şahin Məhərrəmov deyir ki, yayılan son videodan və anası Elmira Axundovanın səs yazısından sonra Həbib Axundovun əli hər yerdən üzülüb, indi də bilmir ki, yalandan nə danışsın: “Həbib Axundovla 2013-cü il avqustun 7-də tanış olmuşam. Mən 70 min manat pulu Elvin və Ziya Vəliyevlərə vermişdim. Onlar demişdilər ki, katric işinə qoyurlar. Sonradan problem yaranmışdı. Həmin məsələni müzakirə etmək üçün Zabitlər bağında Elvin və Ziya Vəliyevlə çay içirdik. Həmin vaxt Ziya Vəliyevə Həbib Axundov zəng elədi. Dedi ki, Elnuru gətirirlər. Getdik ”Nizami" metrosunun yanına. Ora ağ rəngli “Nissan X Trail”, bir də “Porşe” markalı maşınlar gəldi. Hər iki maşının nömrəsi 111-lə qurtarırdı. Maşından 6 nəfər adam düşdü.
Bu epizod mənə bandanı xatırlatdı. Həbib Axundov maşından düşdü, 6 nəfərdə ətrafına toplaşdı. Tanımadığım şəxslər idi. Həbib dedi ki, Elnur İbrahimov maşındadır, onu Qəbələdən gətiririk, vurub Elnurun burnunu sındırdığını söylədi. Anası Elmira Axundovanın da üzünə tüpürdüyünü dedi. Bildirdi ki, anası Oruc Zalova müraciət edib, işlə o məşğul olacaq. Elnur dedikləri adam da maşında oturmuşdu. Həbibin yanındakı uşaqlar bizi ona yaxınlaşmağa imkan vermədilər. Biz də istəyirdik ki, ona yaxınlaşaq, pulların harada olduğunu soruşaq. Elnurun üzünü görmədik. Bizim yanımızdan Ziya Vəliyev gedib Elnurun olduğu “Nissan”a mindi, Həbib də onlarla getdi".
Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə görüşdən 2 gün sonra ölkədən qaçırılıb!
Şahin Məhərrəmov deyir ki, ondan Vəliyevlər pulu alanda Dubaydan katric gətirib Azərbaycanda satılacağını deyiblər: “Həmin gün Həbibi ilk dəfə idi ki, görürdüm. Orada Həbib dedi ki, piramida dağılıb. Kartic ləvazimatları biznesi olmayıb, piramida olub, piramida da dağılıb. Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə görüşdən 2 gün sonra - avqustun 9-da ölkəni tərk etdi. Biz bunu avqustun 25-də bildik. Öyrəndik ki, Gürcüstana keçib”.
“Elmira da ora gəldi. Dedi ki, razılaşın, Həbiblə bir yerdə olun”
Şahin Məhərrəmov deyir ki, Həbib Axundovla bir də 2 il sonra görüşüb: “2015-ci ildə deputat seçkilərindən sonra Həbib mənə zəng elədi. Dedi, Masallıdayam, mama deputat seçildi. Siz kimsiz ki, mənim haqqımda mətbuata şikayət yazırsız. Məni hədələyirdi. 3 gün sonra məni ”Çardaq" çay evindəki ofisə çağırdı. Elmira da ora gəldi. Dedi ki, razılaşın, Həbiblə bir yerdə olun. Dedi, nə lazımsa, köməklik edəcək. Pul təklif elədi, dedi, Fərman Məmmədovdan aralaş. Mənə dəymiş 70 min manat ziyanın 5 min manatını ödəyəcəyinə boyun oldu. 3 min 500 manat verdi, qalanını vermədi. Həbib Axundovun son müsahibəsində mənim barəmdə danışdıqları ağ yalandır".
“...Səs yazıları bu gün ortadadır”
Həbib deyir ki, guya Fərman Məmmədov mənə pul verib və onun üzünə dayanmağımı istəyib. Həbib Axundovun məndə səs yazısı var. Mənə təklif edirdi ki, onun yanında olum və o, 2 aya Fərman Məmmədovun, onun ətrafındakı zərərçəkənlərin axırına çıxacaq. Həbib Axundov bilirdi ki, Fərman Məmmədovda onun və anası Elmira Axundovanın səs yazıları vardı. Həmin səs yazıları bu gün ortadadır. Həbib Axundov istəyirdi ki, həmin səs yazıları yayılmasın. Ona görə də bütün zərərçəkənləri Fərman Məmmədovun yanından uzaqlaşdırmağa çalışırdı. Mənə deyirdi ki, bax onun başına nə oyun açacağam. Halbuki həmin səs yazıları bütün həqiqəti ortaya qoyur".
“Elnur İbrahimov bu cinayəti tək törətməyib. Dəstənin başında dayanan və əlaltıları var”
Şahin Məhərrəmov deyir ki, zərərçəkən kimi tanındığı iş üzrə hazırda Bakı Ağır Cinayət Məhkəməsində proses keçirilsə də, faktiki, ibtidai istintaq obyektiv aparılmayıb: “Tələbim odur ki, işi ibtidai istintaqa qaytarsınlar. Səs yazılarını, faktları araşdırıb sonra məhkəməyə göndərsinlər. Elnur İbrahimov bu cinayəti tək törətməyib. Dəstənin başında dayanan və əlaltıları var. Cinayət də açıqdır. Xahiş edirəm, iş düzgün aparılsın. İstintaq yenilənsin. İstintaq qurtarıb məhkəməyə gedəndə müstəntiq məni çağırdı, dedi, səndən pulu Elnur İbrahimov almayıb, get Elvin və Ziyaya qarşı mülki iddia qaldır. Müstəntiqə dedim ki, niyə araşdırıb məsuliyyətə cəlb etmədiz? Dedi sənin işin mülki iddia ilə həll oluna bilər. İstintaq başdansovdu aparılıb. İbtidai istintaqa qaytarıb baş prokurorun şəxsi nəzarəti altında yenidən araşdırsınlar”(musavat.com).
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Heydər Əliyev. Şəxsiyyət və Zaman” 5 cildlik kitabinin muellifine bu hereketler yarasmir
Cox .... E.Axundova.Onun butun fealiyyetinin yalniz bir meqsedi var:ne yolla olursa olsun varlanmaq.Bu yolda o her sheye qadirdir...
Zooloqlar da yazır ki dünyada ən yırtıcı gözü doymayan canlı Tanzaniya canavarlarıdır,alimlərin cənubi Qafqazdan xəbərləri yoxdur.
Deleduzyan, Senzurayan, Antimilliyan, Satqinyan, Yaltaqyan, Julikyan, Cesusyan, Moshennikyan, Korrupsioneryan, Rushvetxoryan, Otkatyan, Yalan-Palanyan, Texribatyan, Sherleyenyan, Oqruyan, Zombiyan, Saxtayan, Neqd Alanyan, Riyakaryan, Heyasizyan, Hiylegeryan, Chaqqalyan, Tulkuyan, Derebeylikyan, Ozbashinaliqyan, Qudurmushyan, Zulmkaryan ve diger antixalq unsurlerin olkedeki aktiv fealiyyeti, BOYUK TEHLUKEDIR Azerbaycan uchun.... Azerbaycanin DAXILI ve XARICI DUSHMENLERINE LENETLER OLSUN !!!
Artıq beynəlxalq təşkilatlar Azərbaycan məmur və bəzi deputatlarının korrupsioner elan ediblər.Korrupsiya və rüşvət xərcəng xəstəliyi ilə eynidir.Yəni bu suyasət cəmiyyətimizi məhvə aparır.Odur ki,hər bir vətəndaş düşünməlidir.....
Xanım deputatımız ombudsman olmaq arzusu bəzi şəxsləri ona qarşı kompaniya aparmağa sövq etdi.
Qarisiq meseledir lakin yazilardan gorunur ki Elmiranin oglunun fersizliyinden isdifade edib Ferman biclikle deputatdan pul cekirmis .... bu Azerbaycan sayagi varyantdir...son soz Mehkeme diyecek!
Burada əsas məsələ,qaunlarımızda təsdiqləndiyi kimi məmurlar.yüksək vəzifəlilər,deputatlar bizneslə,monopoliya ilə məşğul ola bilmnəmələri təsdiqini tapdığı halda bizdə yüksək vəzifəlilər, deputatlar, məmurla əvvəldə gedir.Bəs nəzarət orqanları niyə bu qanunsuzluğa göz yumublar? elə deputatlar, məmurlar öz biznes,monopoliyasını atıb əhali ilə maraqlanar?
YAP-ın hansı məmurunu araşdıranda görün nələr ortaya çıxaır.Elmira Axundova daim yüksək pafosla hökuməti müdafiə edirdi.Bu qadın sıravi deputat olsa da vəzifəsindən sui istifadə edib milyonlarla vəsaitə sahib olub.Nə üçün prokurorluq onun vu sərvətinin mənbəyini araşdırmır?..........
İLAHİ GÖRÜN DEPUTATLARIMIZ NƏ GÜNDƏDİR.BAŞQALARDAN NƏ GÖZLƏYƏKŞ
TALANÇI,RÜŞVƏTXOR OĞRU MOŞEYNİK MƏMURLAR DEPUTATLAR DÖVLƏTİ ƏHALİNİ TALAYIR, XALQA ÇATACAQ PULU ÖĞURLAYIR ATIB HAMISI MİLYONER MİLYORDERLƏR. BUNLARIN QARŞISINI ALAN YOXDUR. SADƏ ƏHALİDƏN DƏ KİMSƏ NƏSƏ DEYİRSƏ GÖSTƏRİRSƏ TƏLƏB EDİRLƏRSƏ TÜRMƏ,YA DA BİR OYUN QURUB VİCDANLI İNSANLARIN BAŞLARINA OYUN ASÇIRLAR. BU AXIRINCI AYDA OLANLARLA BU MƏMURLAR BU ÖLKƏNİ UÇURUMA APARIRLAR. ÖLKƏ ƏHALİ SURƏTLƏ TALANIR. BELƏ TALANÇILIQ DÜNYADA YOXDUR. ƏHALİ İSƏ EHTİYAC İÇİNDƏDİR,BAHAÇILIQ İŞSİZLİK DƏ PİK NÖQTƏDƏDİR.
10 Milyonluq əmlak o deməkdir ki,E.Axundovanın 10 milyonluq kitabı satılıb.. oğlu da puldan istifadə edib.Əgər 10 milyon əhalimiz varsa,deməli,anadan olmuş uşaqdan, ölüm ayağında olan hər kəs Axundovanın bir kitabını alıb.Lakin mən yaşdığım Rayon və işlədiyim Bakı şəhərində heç kimin evində onun``əsərlərinə`` rast gəlməmişəm.Bu deputatın başqa qazanc yeri də yoxdur..Onda Hörmətli KQMİ-sibir açıqlama versin görək bu ana-bala bu qədər pulu hardan alıblar.Məncə, Prezidenti də məlumatlandırmaq lazımdır
neqliyyatda gedishaqqini artirib kasib kusubu pis gune qoymayin bunlarin eyri yollarla elde etdiklerini devlet budcesine qaytarin.
K.Marks demişkən, xalqın əxlaqı, mənəviyyatı iki halda pozulur: birincisi, cinayət görüb cəza görmədikdə; ikincisi, cəza görüb cinayət görmədikdə. Yəqin ki Aslan ismayılov ikinci qurupa aiddir. Məncə o köhnə vaxtlar kimi Moskvaya yazsa yaxşı olar...
Allah xeyrli evlad vermeyecekse onda hec belesini de vermesin.
K.Marks demişkən, xalqın əxlaqı, mənəviyyatı iki halda pozulur: birincisi, cinayət görüb cəza görmədikdə; ikincisi, cəza görüb cinayət görmədikdə. Nece ola bilər ki bu xanım deputatat və onun oğlu barədə bu qədər yazılar gedir, nə mediya məhkəməyə verilir, nə də bu deputat barədə məhkəməmə hökmü çıxarılır? Yəqin ki Prezdentimimizin bu işlərdən xəbəri yoxdur.
Karrupsiyayla Mübarizə İdarəsi dağa-daşa düşüb ``material`` axtarınca hazırca faktlar göz önündədir.Bir sanballı müstəntiq lazımdır ki,Həm dələduzluq,karrupsiya həm də kriminal maddələri özündə ehtiva edən CM -nin müvafiq maddələriylə cinayət işi açsın..Eyni zamanda Dövlətin və İqtidarın imicinə vurulmuş zərəri müəyyənləşdirsin.YAP-ın maskası arxasında olan ana-bala ifşa olunsun
BU DEPUTAT,XALQ YAZICIMIZA WEREF ORDENI BVERILMELIDIR....CUNKI....EWDER OL CANI
hansı naziri,deputatı,icra hakimiyyətinin başçısını,komitə sədrini yoxlasalar hamısı bir bezin qırağındandir.Yazıq bizim insanlarımıza.
BU deputatın neqativ hərəkətləri,əməlləri uzun zamandır mətbuatda yayılır.Belə şəxslərin deputatlığı millətə utanc gətirir.Nə üçün Milli Məclis belə deputatın toxunulmazlığı ilə məşğul olub,onu geri çağırmır.Axı belə hərəkətlər həm qanundan kənardır,həm də deputat adına yaramaz! Axundovanın mandatı geri alınmalıdır.Bu biabırçılıqdır!
Hamımız, yüksək-yüksək məmurumuz da, nazirimiz də, deputatımız da, xırdaca məmurumuz da, xalqımız da bir-birimizə oxsayirıq. Mənəviyyatımız düz danışmayan alverci xislətidir. 300 ildən sonra düzələrik.
Aferinnnn! Xalqa qozel xidmet edib...
Hörmətli şəhrçi Cabir,qanunlar pis yaxşı var,amma ona başda prezident olmaqla heç bir məmur əməl etmir.14 il öncə Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunub.Qanun məmurların yaxın qohumlarının birinin digərinin rəhbərliyi altında işləməyi qəti qadağan edir və məmurın hamısından özünün və ailə üzvlərinin hər il illik gəlirləri barədə yaşadığı ərazi üzrə vergi orqanına bəyannamə təqdim etmələrini tələb edir.Amma məmurların hamısı bu qanunu pozur