Menu

"Sayğaclara fiziki müdaxilə mümkün deyil" - "Azərişıq"da mətbuat konfransı (FOTOLAR)

11.08.2018, 13:28
"Sayğaclara fiziki müdaxilə mümkün deyil"  - "Azərişıq"da mətbuat konfransı (FOTOLAR)

Son günlər bir çox abonentlər aylıq elektrik enerjisi sərfiyyatı ilə bağlı "Azərişıq" ASC tərəfindən onlara göndərilən qəbzlərdəki yüksək rəqəmlərdən narahatlıqlarını ifadə edirlər.

Onlarda belə bir rəy yaranıb ki, sözügedən qurum elektrik haqlarını düzgün hesablamır. Səbəb isə odur ki, evlərə göndərilən qəbzlərdə aylıq elektrik sərfiyyatı əvvəlki aylara nisbətdə daha çoxdur.

Məsələ ilə bağlı Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Azərişıq" ASC-nin Təlim Tədris Mərkəzində media nümayəndələrinin iştirakı ilə tədbir keçirib.

Tədbirdə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz, iqtisadçı ekspert İlham Şaban və "Azərişıq"ASC-nin rəsmi şəxsləri iştirak ediblər.

Tədbirdə AES.net proqramı ilə narazı abonentlərin sayğac kodu yoxlanılaraq, onlara detallı qaydada izah olunub. Həmçinin abonentlərə tədbirə canlı qoşularaq, problemlərini səsləndirmək imkanı yaradılıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədxanov abonentlərin narazılığına aydınlıq gətirib.

O, sayğaclara hər hansı kənar müdaxilə edilmədiyini bildirib: "Bu gün smart və elektron sayağaclar bir sistemlidir və heç bir kənar müdaxilə mümkün deyil. Onların hər hansı funksiyası varsa, bu o sayağacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin. Fiziki müdaxilə isə abonentlərin sayağaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratotiyaya gətirib və yoxlayırıq. Nəticələr isə ictimaiyyətə açıq şəkildə paylaşılır. Abonentlərə tövsiyə edirik bir saat ərzində istehlak etdiyi enerjini sayağac göstəriciləri ilə yoxlasınlar. Bir saatdan sonra sayağacın göstəricilərinin hansı tempdə dəyişdiyini yoxlasınlar. Bu elə də çətin deyil."

Eneji satışı departamentinin vəzifəli şəxsi Vüqar Nəbibəyli qeyd edib ki, sayğaclar oflayn rejimdə olduğu üçün abonent sayğaca enerji istehsalçıdan daha yaxındır: “Abonentlərin narahatlığı tam əsassızdır. Bunun səbəbi evlərində quraşdırılan məişət avadanlıqlarının gücündədir. Kondisionerlərin üzərində 1 saat ərzində neçə kilovatt enerji istehlak etdiyi qeyd olunub. Ona əsasən abonentlər hesablama aparıb sayğacda qeyd olunan sərfiyyatla müqayisə edilə bilər. Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə 1 ay ərzində 70 manata başa gəlir. 40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır: Həmin avadanlıqların üzərində temperatur intervalı var. Orada qeyd olunur ki, məsələn 25-30 dərəcədə bu avadanlıq 1 saat ərzindı 2,5 kilovatt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kilovatt enerji istehsal edə bilər. Çünki avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir". (Qafqazinfo)

Osman Gündüz bildirib ki, sosial şəbəkədə yazdığı fikirlərin üstündə qalır: “Müdaxilə olması ilə bağlı şübhələrin günü gündən artır. Çünki başqa ölkələrdə belə hallar olub. “Azərişıq”ın abonentlər üçün yetərincə şəffaf mühit yaratmaması şübhələri artırır. Mən özüm də bizə gələn bildirişi görəndə təccübləndim, sonar feysbukda yazılanları görəndə bildim ki, burada nəsə var. Sizin “billing sistemi” olan otağa bir adam girib işləyə bilər, amma belə olmamlıdır. Çünki dünya standartlarına görə həmin sistem minimum 3 nəfər olanda işə düşməlidir. Sizin təlimatda isə bu qədər nəhəng sistemin 1 nəfərin işə sala bilməsi şübhələri daha da artırır".

Proqram departamentinin əməkdaşı Vüsal İsayev bildirib ki, “Azərişıq”ın “billing sistemi” lokal olaraq işləyib: “Bizim sistemi 1 adam girsə də, onun orada hansı əməliyyatlar aparması qeyd olunur. Amma sistemə heç bir müdaxilə edə bilməz”.

Şərhlər

Əlosət Ağayev 2018-08-11 13:28:52

"Azəroşıq" əsas məsələdən kənara keçməklə, biz azərbaycan xalqını aldada bilməz.
Heç bir kəs belə iddia etməyib ki, iyul ayında işıq pulunu düzgün hedablamayıb.
Mənim də, mənim kimi ziyan çəkmiş minlərlə elektrik istigafəçilərin əsas tələbi o olub ki, nə üçün iyun ayına nisbətən eyni işlədivilərdən eyni miqdarda enerjidən istufadə etdiyimiz halda, elektri sayğaclarında bu sərfiyyət üç qat yüksək yaxıb.
Bunun səbəbini mən Алосат Агаев profilimdə hər tərəfli izahatını vermişəm. Hətda Mingəçevirdən ptürülən elektrik enerjidinin parametrinin ən vacibi sayılan kosinus fi haqqında rys dilində video nümayış etdirmişəm.
Qoy azərenerji, azərişıq özlərini bilmiş hesab etməsinlər. Mingəçevir hadisəsi baş verən günü "kosinus fi" normadan aşağa olduğu səbəbli cərəyan fazası gərginlik fazasından geriləməsi səbəbindən əhaliyə ötürülən enerjini sərfiyyərı yüksək olub.
O, Konfrans uştirakkıların nəzərinə çatdırın ki, pz günahlarını əhalidə axtarmasınkar. Elektritexnika nəzəriyyəsini yaxşı yaxşı oxusunlar sonra efirə çıxsınlar.

İstehlakçı 2018-08-11 13:28:52

Azərişıq nə zaman aldatmalara son qoyacaq? Bildiyiniz kimi tətbiq olunan cmart sayqaclar istifadəşinin elektrik enerjisinin miqdarını yox,sadəcə silinən pulu göstərir.Bu nə dərəcədə doğrudur? İstehlahkçı silinən pulun nə qədər ( neçə kilobat) enerji üçün olduğuna nəzarət edə bilmir və bu da onun aldadılma ehtimalını artırır.Yaxşıolar ki,sayqacla silinən pulun nə qədər enerjiyə aid olduğu istehlskçıya bəlli olsun.
Belə halın mövcudluğu şəbəkə ilə istehlakçı arasında anıaşılmazlıq yaradır.BU isə doğru deyil

ABONENT 2018-08-11 13:28:52

Azeriisiqa qulaq asandan sonra fikirlesirsen ki yeqin camaat deli olub

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol