Menu

Xəstəxanada intihar - Qadın özünü 5-ci mərtəbədən atdı

20.08.2018, 13:23
Xəstəxanada intihar - Qadın özünü 5-ci mərtəbədən atdı

Sumqayıt şəhərində xəstəxanada müalicə olunan qadın intihar edib.

"Report"un məlumatına görə, hadisə 2 saylı Şəhər Xəstəxanasında baş verib.

Şəhərin Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova müalıcə aldığı xəstəxananın 5-ci mərtəbəsidə yerləşən palatadan özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol