Menu

İşdən çıxarılan prokuror və onun böyük köməkçisinin məhkəməsi başlayır

13.09.2018, 10:13
İşdən çıxarılan prokuror və onun böyük köməkçisinin məhkəməsi başlayır

İsmayıllı rayonunun rüşvət almada təqsirləndirilən sabiq prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un əldə etdiyi məlumata görə, cinayət işi yekunlaşdırılaq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 18-nə təyin edilib.

Cinayət işi hakim Rəşid Hüseynov icraatına verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol