Sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zovodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.
"AzPolitika.info"nun məlumatına görə, bu barədə Nazirliyin rəsmi məlumatında xəbər verilir.
Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.
Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.
Şirvan şəhər Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğlu hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.


Şərhlər
4-cü dərəcəli yanıq xəsarəti ölümlə də nəticələnə bilər.