Menu

Bərdədə ağır yol qəzası: minik və yük maşınları toqquşub - 3 nəfər ölüb

03.10.2018, 22:56
Bərdədə ağır yol qəzası: minik və yük maşınları toqquşub - 3 nəfər ölüb

Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib."Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.

"KamAZ" markalı yük avtomobili ilə "VAZ-21011" maraqlı minik avtomobili toqquşub. İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ölüb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol