Menu

Ov etmək qadağan olunan ərazilərin adları açıqlanıb

11.10.2018, 14:52
Ov etmək qadağan olunan ərazilərin adları açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov etmək qadağan olunan ərazilərin adlarını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ərazilər aşağıdakılardır:

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;

Xəzər dənizinin adaları;

yaşıl zonalar;

şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;

xüsusi mühafizə olunan ərazilər;

sanitar-mühafizə zonaları.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol