Menu

Yaqub Eyyubovun oğlu səfir vəzifəsindən geri çağırıldı - Yeni təyinatlar 

16.10.2018, 18:27
Yaqub Eyyubovun oğlu səfir vəzifəsindən geri çağırıldı - Yeni təyinatlar 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaya Məmmədovun Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Qaya Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib.

Emin Yaqub oğlu Eyyubov isə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki,   Emin Eyyubov baş nazirin birinci müavini  Yaqub Eyyubovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol