Menu

"Sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir" - ABŞ Prezidentinin müşaviri

24.10.2018, 16:09
"Sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir" - ABŞ Prezidentinin müşaviri

"Dağlıq Qarabağ münaqişəsinin həlli strateji əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O qeyd edib ki, Bakıda rəsmi şəxslərlə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi qaldırılıb.

"Bura məsələ ilə daha ətraflı tanış olmaq üçün gəlmişəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, çünki sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir", - C.Bolton bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol