Menu

Konstitusiya Məhkəməsi bankın şikayətini icraata götürüb

31.10.2018, 14:53
Konstitusiya Məhkəməsi bankın şikayətini icraata götürüb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, “Access Bank” QSC-nin idarə heyətinin məhkəmə aktlarından verdikləri şikayətə baxılıb.

Şikayətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə Plenumun noyabrın 30-na təyin edilən iclasında baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol