Menu

Gələn il büdcə təşkilatlarında çalışanların əmək haqları artırılacaq

07.11.2018, 12:05
Gələn il büdcə təşkilatlarında çalışanların əmək haqları artırılacaq

“Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədi ilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur: “Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.

Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində,əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol