Menu

Azərbaycan İsveçdəki səfirliyini bağlamaq niyyətində deyil- Xarici İşlər Nazirliyi

10.11.2018, 16:27
Azərbaycan İsveçdəki səfirliyini bağlamaq niyyətində deyil- Xarici İşlər Nazirliyi

"Biz hər hansı bir yerdə, o cümlədən Azərbaycanın İsveçdəki səfirliyini bağlamaq niyyətində deyilik". "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyini bağlayacağına dair məlumatlar həqiqəti əks etdirmir: “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir.

Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik".

Şərhlər

Zaur 2018-11-10 16:27:41

Norveç və İsveç qanunun aliliyi olmayan, həyat səviyyəsi aşağı olan, korrupsiyanın tüğyan etdiyi banan dövlətləridir. Azərbaycan bu tipli ölkələrlə əlaqələri kəsməlidir. Əfqanıstan, Somali,Zimbabve , Cibuti, Burundi kimi ölkələrlə əlaqələri gücləndirməlidir. Bu ölkələrin inkişaf modelini mənimsəməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol