Menu

“Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır” - Komitə sədri

13.11.2018, 13:01
“Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır” - Komitə sədri

“Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır.

“Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.

Şərhlər

Ziyad müəllimə 2018-11-13 13:01:47

Hörmətli Ziya müəllim maaşların niyə belə aşağı olma səbəblərini niyə açmır?1993-cü ildə ölkə rəhbərliyi iş adamlarını( həmçinin xarici ) yığaraq müşavirədə əmək haqqı barədə nə tapşırıq verdiyi Ziya müəllimin yadından çıxıb?Hələ onda ərzaq və dərman qiymətləri indiki səviyyəyə qədər qaldırılmaməşdı.Keçən müddət ərzində hər şeyin qiyməti yüksəldi,hətta çox işlər pullu oldu.Əmək haqqı,müavinətlər.pensiya yerində saydı.Nİyə bit millətin vəkili kimi səsiniz çıxmadı?
Millət güclə nəfəs alır,zillət və zülm çəkir

EJDER 2018-11-13 13:01:47

BES INKIWAFDAN,ANALOQU OLMAYAN INKIWAFDAN DEM VURURSUNUZ,QIYMETLERI QALDIRIRSINIZ...NE OLDU.NAQIL DANIWIN,PAMBIQ NECE OLDU...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol