Menu

Jurnalistlərin dil bilikləri üzrə attestasiyadan keçirilməsi təklif olunur

13.11.2018, 14:21
Jurnalistlərin dil bilikləri üzrə attestasiyadan keçirilməsi təklif olunur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın əsas maddələri açıqlanıb.

Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu “Report”a açıqlamasında deyib ki, tədbirlər planında 30-dan çox maddə əksini tapıb: “Maddələrə “Ölkə üzrə Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi”, “Həyatın müxtəlif sahələrində inkişafla əlaqədar olan yeni anlayışların sistemli şəkildə müəyyənləşdirilməsi və Dövlət Dil Komissiyasına təqdim edilməsi”, “Dilə daxil olan alınma sözlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi”, “Yeni sözlər bülleteninin nəşri”, “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” və s. daxildir”.

Onun sözlərinə görə, Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi məsələsinə AMEA nəzarət edəcək.

Şərhlər

Vətəndaş 2018-11-13 14:21:16

Məmurları da,əsasən də yüksək vəzifədə oturanları da atestasiyadan keçirmək lazımdır ki dövlət dilimizi bilir ya yox. Bilmirsə işləməyə haqqı yoxdur. Bütün dünyada belədir. Onsuz da məmurlar biliyinə qabilyətinə görə yox başqa kriteriyalara əsasən işə götürülür heç olmasa dilimizi bilsin.

t.ədalət 2018-11-13 14:21:16

Dil komissiyası nazirlərimizdən başlamalıdır.İdarə və təşkilat rəhbərləri, anası erməni olanlar vəzifəyə təyin olunmamışdan öncə Azərbaycan dili yoxlamalarından keçməlidir.Məsələn,hörmətli alimimiz N.Qasımoğlunun kiminsə "sayt" və ya "sayit" deməsi dili bilməklə bağlı ola bilməz.Orfoqrafiya savadı ilə danışıq tərzi ayrı-ayrı şeylərdir.Çox sözlər var ki,dilimizə "bic sözlər" kimi daxil olub.Odur ki,həmin "bic sözlərin" yazılış qaydasına tam əminlik gətirilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol