Daha 4 məhkəmə sədri işində yol verdiyi nöqsan və çatışmazlıqlara görə aşağı vəzifəyə keçirilib
Azərbaycanda pozuntulara yol verdiklərinə 6 hakimin səlahiyyətlərinə xitam verilib. Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının dekabrın 21-də keçirilən iclasında qeyd olunub.
Yığıncaqda vurğulanıb ki, səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.
Eyni zamanda 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun sayılıb.


Şərhlər
80-den yuxaı bal yığanlar qalır, zorla 60 bal yığanları hakim keçirirsiz. Daha nə gözləyirdiz?
həmin hakimlərin adları niyə açıqlanmır?