"Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik".
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, qatarda xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Burada Biznes-klass yerlər var. Bu bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-fi sistemi təkmilləşdiriləcək".
C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb.


Şərhlər
Hər bir xidmətin dəyəri ölkəmizdə olan minimum əmək haqqı nəzərə alınaraq təyin olunmalıdır,yoxsa kim necə istəyir qiymət tətbiq edir ? Hər bir məmur öz xidmətləri ilə dövlətə,xalqa sədaqətlə xidmət etməyi bacarmalıdır ? Yoxsa kiçik padşahlar öz xidmətləri ilə vətəndaşı dövlətdən narazı salmağa çalışırlar..? SSRİ dönəmində olan qiymət siyasəti tətbiq olunmalı və ona nəzarət gücləndirilməli,məmur özbaşnalığına yol verilməməlidir? Onların qanunsuz əməlləri vətəndaşları dövlətin üstünə qaldırmaq deməkdir....
O bahali yerler onsuz da bos gedib gelecek. Imkani olan masinla gedib gelir, imkani olmayan da 100 manat hardan alib bikete versin. Aile ile gedesi olsan hec ayliq maasin girmez bilet pulunu. Hec olmasa telebat olmayanda bos getdiyine asagi qiymetle versinler camaata, onsuz da qatar gedir o yolu. Eybi yox kofe vermesinler qatarda. Onsuz da kofe icen millet deyilik.
Dünyanın hər yerində öncə aşagı qiymətlərdən başlayır,müştəri cəlb edir, tanınır və sonra tədricən uygun qiymətləri tətbiq edirlər. Bizdə isə tam əksinə, ən yüksək qiymətlərlə başlayıb müstərini qorxudur, iyrəndirir, hər seyi bərbad edəndən sonra da qiymətləri aşagı salmalı olur və hələ bunu da kiminsə qaygısı kimi xalqa soxuşdururlar.Çünki bunlarınkı biznes yox quldurluqdur.Özlərini müvəqqəti saydıqları üçün ən qısa vaxtda lap cox qapazlamaga hesablanmış debillikdir.Turizmin də içini belə mundar etdilər.