Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyədə iki günlük səfərdə olub.
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Qalın ilə keçirilmiş danışıqlarda qoşunların Suriyadan çıxarılmasından sonrakı dönəmdə ABŞ-ın bu ərəb ölkəsindəki bazalarının taleyi müzakirə olunub.
Ankara həddindən artıq narahatdır ki, ABŞ-ın Suriyadakı 22 hərbi bazası Türkiyənin qarşıdurmada olduğu kürd terrorçu birləşmələrinin əlinə keçə bilər.
«Hürriyət» qəzetinin xəbərinə görə, Türkiyə ABŞ tərəfinə sorğu ilə müraciət edərək, Suriyadakı bazaların ya məhv edilməsini, ya da müttəfiq olaraq Türkiyəyə verilməsini istəyib.
Boltonun bu məsələyə reaksiyası isə hələlik məlum deyil.
Açıq-aydın görünür ki, ABŞ YPG terrorçularına yönəlik Türkiyə ilə çox məkrli-təhlükəli oyun oynayır. O da şübhə doğurmur ki, fərdi olaraq Boltonu, ümumilikdə isə ABŞ rəhbərliyini bu oyuna məhz sionistlər məcbur edirlər. Məsələn, Bolton bu günlərdə məhz İsrailə səfərindən sonra bəyan etdi ki, ABŞ öz qoşunlarını Suriyadan çıxartsa da, buradakı kürd terrorçularını köməksiz buraxmayacaq. Kürd amili isə iniki mərhələdə ABŞ-a yox, məhz dünya sionistlərinə lazımdır - yəhudilər bölgədə mövqelərini daha da möhkəmləndirmək məqsədilə kürdlərdən «qladiator» qismində istifadə edirlər. Gerçəkdə isə bölgədə müstəqil kürd dövlətinin qurulmasına sonrakı mərhələdə məhz İsrail və dünya sionistləri mane olacaq. Nədən ki, daha bir güclü dövlətin (Türkiyə və İrandan əlavə) formalaşması sionistlərin Yaxın və Orta Şərqdə böyük yəhudi imperiyası yaratmaq arzusuna (məqsədinə) ən böyük əngəllərdən biri olardı.


Şərhlər