Menu

Sumqayıtda 2 aylıq körpənin oğurlanması görüntüləri yayımlandı - Video

15.08.2014, 12:25
Sumqayıtda 2 aylıq körpənin oğurlanması görüntüləri yayımlandı - Video

Ötən gün Sumqayıtda parkdan iki aylıq körpənin oğurlandığı anın kamera-müşahidə görüntüləri əldə olunub.

APA TV-nin məlumatına görə, görüntüdə qucağında körpə uşaq olan bir qadının başqa bir sarı saçlı qadınla parkdan çıxdığı görünür. Məhz bu görüntülərdən bir qədər sonra Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova 2 aylıq körpəsinin naməlum şəraitdə parkdan oğurlandığı barədə polisə müraciət edib. Qeyd edək ki, hadisə dünən Sumqayıt şəhərində baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol