İsgəndər Aznaurovun doğum günü ilə əlaqədar Şəhidlər Xiyabanında anım tədbiri keçirilib
Bu gün Milli Qəhrəman İsgəndər Aznaurovun doğum günü ilə əlaqədar Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. ANS PRESS-in məlumatına görə, anım tədbirində qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları və yaxınları iştirak ediblər. Anım mərasimində döyüş yoldaşları “topçu İsgəndərlə” bağlı öz xatirələrini bölüşüblər.
Tədbirdə iştirak edən Milli Qəhrəmanın qızı Ədalət Aznaurova bildirib ki, atası həlak olanda onun 9 yaşı vardı. O, atasını ilk dəfə hərbi geyimdə görüb. Şəhid qızı bildirib ki, dövlət onlara həmişə qayğı göstərib. O, atası ilə qürur hissi duyduğunu bildirib.
Ziyarətdə Milli Qəhrəmanın məzarı üzərinə əkili qoyulub, ruhuna dualar oxunub.
Qeyd edək ki, İsgəndər Aznaurov Silahlı Qüvvələrimizin ağır dövründə döyüşüb. O zaman ruslardan qalma qurğuları heç kəs işlədə bilmirdi. Belə ağır bir zamanda İsgəndər Aznaurov könüllü olaraq Milli Ordu sıralarına yazılıb.
Baş leytenant kimi Gədəbəydəki “N” saylı hərbi hissənin artilleriya bölməsinə komandir müavini təyin edilib. O, uzaq məsafədən hədəfi çox dəqiq vura bilirdi.
Allah rəhmət eləsin!

Şərhlər