Menu

«Vaqner qrupu» Venesuelaya göndərilib - Nikolas Maduronu qorumq üçün

27.01.2019, 00:23
«Vaqner qrupu» Venesuelaya göndərilib - Nikolas Maduronu qorumq üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın «Vaqner» özəl hərbi şirkətinin (ÖHŞ) qüvvələri Venesuelanın prezidenti Nikolas Maduronu «müxalifət»in mümkün hücumlarından qorumaq məqsədilə, Karakasa göndərilib.

«Röyter» agentliyinin məlumatına görə, onların sayı təxminən 400 nəfərə yaxındır. Agentliyin iki mənbəyi bildirib ki, «Vaqnerçilər» Venesuelaya son bir neçə gündə uçublar. Üçüncü mənbə də informasiyanı təsdiqləyib, ancaq onların rolu və nə vaxt gəldikləri barədə fikir söyləməyib.

Dördüncü mənbə təsdiqləyir ki, ilk qrup hələ ötən ilin may ayından - ölkədə prezident seçkiləri keçirilən vaxtdan Venesueladadır, ikinci qrup isə yaxınlarda gəlib.

«Ümumrusiya zabitlər yığıncağının» başçısı Yevgeni Şabayevin sözlərinə görə, döyüşçülərin sayı 400 nəfərə yaxındır. Onlar Venesuelaya həftənin əvvəlində uçublar - hələ miqyaslı mitinqlər başlamazdan əvvəl.

«Vaqnerçilər» əvvəlcə çarter reysi ilə Havanaya gəiblər, sonra isə komersiya reysi ilə Venesuelaya giriblər. Şabayev təsdiqləyib ki, muzdlular qarşısında Nikolas Maduronu müxalifətin hücumlarından qorumaq tapşırığı qoylub.

Kremldə isə bildiriblər ki, rusiyalı döyüşçülərin Venesuelaya gəlməsi barədə xəbərsizdirlər.

Şərhlər

t.ədalət 2019-01-27 00:23:48

Maduro özünü ruslara etibar etdisə,deməli devriləcək.Rusiya banklarındakı pullar isı Rusiyaya qalacaq.

İslam 2019-01-27 00:23:48

Ay....yanikovic.kimi.murdarıda. gedir.yanına.ayıb. olsun.sene.rusya. xalqı. bilseydi. sen.şer.qüvveler. yanındasan.kecen.il. sene.ses.vermezdiler

Костя 2019-01-27 00:23:48

Путин.сильни. байится.уважаймый.расияни.уже.пара. паднимайтис.на.ревалючия

vadim 2019-01-27 00:23:48

oLa bilmez

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol