Menu

Məşhur kikbokşçumuz növbəti döyüşünə hazırlaşır - "Məni çətin döyüş gözləyir"

04.02.2019, 17:27
Məşhur kikbokşçumuz növbəti döyüşünə hazırlaşır  - "Məni çətin döyüş gözləyir"

Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu, məşhur kikboksçumuz Xəyal Əhmədov 2019-ci ilin mart ayının 23-də Almaniyanın Bohum şəhərində növbəti döyüşünə çıxacaq.

Bu barədə məlumatı idmançının özü verib.

“Rəqibim Marsel Hoffmann adından idmançıdır. Təcrübəli idmançıdır. Neçə zamandır ki, yarışa ciddi şəkildə hazırlaşıram. Bilirəm, məni çətin döyüş gözləyir. Amma əminəm ki, Vətənə qələbə ilə qayıdacam. Bu gün vətənimin adını uca tutmaq, müqəddəs üçrəngli bayrağımızı ucaltmaq ən böyük amalım və istəyimdir. Hər yarışa bu arzularla çıxıram. Bu dəfə buna nail olacağıma inanıram”, - deyə Xəyal Əhmədov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol